Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurasından yekun açıqlama…

Mətbuat Şurasından yekun açıqlama…

Mətbuat Şurası referendumda jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələri ilə bağlı monitorinqini başa çatdırıb.

Şuradan verilən məlumata görə, monitorinq iki istiqamətdə aparılıb. Şuranın İdarə Heyətinin üzvləri gün ərzində istər paytaxtda, istərsə də bölgələrdəki dairə və məntəqə komissiyalarında olublar. Onlar medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdıqlarının şahidi olublar. Hər hansı nöqsan qeydə alınmayıb. Eyni zamanda jurnalistlər üçün fəaliyyət göstərməyə yaradılan şərait və imkan da qənaətbəxş qiymətləndirilib.

Monitorinqin digər istiqamətini “qaynar xətt” rejimi təşkil edib. Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən “qaynar xətt”ə hər hansı müraciət daxil olmayıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın