Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurasından referendumla bağlı – Açıqlama

Mətbuat Şurasından referendumla bağlı – Açıqlama

Saat 12:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb.

Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.

Qeyd edək ki, Mətbuat Şurasının şəhər (012 441 35 30) və mobil (055 201 99 26) telefon nömrələri saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın