Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Məşhurların övladları: Elçin Şıxlının menecer oğlu – FOTO

Məşhurların övladları: Elçin Şıxlının menecer oğlu – FOTO

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə…

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da…

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib – onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar…

Modern.az saytı “Məşhurların övladları”adlı rubrikasına davam edir. Rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgiləri təqdim edirik.

Budəfəki təqdimatımız tanınmış jurnalist Elçin Şıxlının oğlu Ayxan Şıxlinski haqqındadır.
Elçin Şıxlının geniş təqdimatına ehtiyac olmasa da, rubrikamızan qaydalarına uyğun olaraq onun tərcümeyili-halını ötəri xatırlamağa məcburuq.

Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində məşhur yazıçı İsmayıl Şıxlının ailəsində anadan olub. 1974-cü ildə 190 saylı orta məktəbi bitirib. 1974-79-cu illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində ingilis və alman dilləri müəllimi ixtisası üzrə təhsil alıb.
1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində İnformasiya-reklam şöbəsinin müfəttişi olub. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmət keçib və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşən sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib. 1981-ci ilin iyul-avqust aylarında “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub.
1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləyib. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan bölməsi İdarə Heyəti aparatında baş referent işləyib. 1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək “Azəpbaycan Kommunisti” – “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışıb.
1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək “Ayna”-“Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək “Al-ver” qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışıb.
2001-ci ilin yanvarından “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Evlidir. Ayxan və Toğrul adlı iki oğlu var.

Ayxan Şıxlinski Elçin Şıxlının böyük oğludur. Ayxan 1986-cı ildə dünyaya gəlib.
Orta təhsilini Bakıdakı 7 saylı ümumtəhsil məktəbində alıb. Orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb. Universiteti fərqlənmə ilə bitirib. Ayxan Şıxlinski tələbəlik illərində atasının baş redaktoru olduğu “Zerkalo” qəzeti ilə əməkdaşlıq edib, dü 5 il qəzetdə müxtəlif yazılarla çıxış edib.
Ali məktəbi bitirəndən sonra hərbi xidmət keçib.
Daha sonra müqavilə ilə Çin Xalq Respublikasında işləyib. Çindən qayıdandan sonra təxminən 1 il yarım Mərkəzi Bankda kommunikasiya sahəsində piar işində çalışıb.
Mərkəzi Bankdan ayrılandan sonra fəaliyyətini piar menecerliyi istiqamətdə özəl sektorda – “Bakcell” şirkətində də davam etdirib.

İngilis dilini yüksək səviyyədə bilən Ayxan Şıxlinski hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bağlı “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətdə çalışır.
Evlidir, bir oğlu var….

A.Qorxmaz

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın