Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Məşhur serialların reytinq böhranı… – Fotolar

Məşhur serialların reytinq böhranı… – Fotolar

Son günlər Türkiyənin ən məşhur kanallarında yayımlanan seriallar bir-birinin ardınca bağlanmaya başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, seriallar reytinq rəqabətinə tab gətirmədikləri üçün ekranla vidalaşırlar.

“Reytinq bataqlığı”ndan çıxa bilməyən seriallar vaxtından əvvəl final etmək məcburiyyətində qalırlar. Mövsümə iddialı başlayan, böyük büdcəyə sahib layihələr ani qərarla vaxtları dəyişdirilir, layihəyə böyük qonorarla kino ulduzlarını cəlb edirlər.

Elə ötən həftə böyük büdcəli layihələrdən biri olan “Gecənin kraliçası” serialının bağlanması barədə qərar verilib.
Məryəm Uzerli və Murad Yıldırımın baş rollarda oynadığı serial 15-ci seriyada, aprelin 19-da final edəcək.

Daha bir uğurlu layihə, Kanal D-də yayımlanan “Güneşin kızları” reytinq qurbanı olub. Evrim Alasya, Emre Kınay, Tolqa Sarıtaş, Burcu Özberk kimi ulduzların rol aldığı serial 39-cu seriyada final edəcək.

“Reyinq bataqlığı”ndan çıxa bilməyən digər serila isə “Acı aşk”dır. Seçkin Özdemir, Selin Şekerci, Alperen Duymaz və Sezgi Sena Akayın rol aldığı serial isə 13-cü bölümündə ekranlarla vidalaşacaq.

Türkiyənin ATV kanalında yayımlanan “Eve dönüş” serialı da reytinq qurbanı olub.

Aktyor heyətində Dilşad Çələbi, Tardu Flordun, Edip Saner, İpek Ərdəm, Fəridə Çetin, Merve Oflaz və Aytən Uncuoğlunun çəkildiyi ekran işinin finala çıxması qərarı alınıb.

Mövsümün ən iddialı və böyük büdcəyə malik “Muhteşem Yüzyıl-Kösem” serilanın da reytinq qurbanı olması barədə xəbərlər yayılıb.

Tarixi layihənin may ayının 12-də ekranlarla vidalaşacağı bildirilib. Beren Saat, Hülya Avşar kimi ulduzların yer aldığı serialın 26-cı bölümdə final edəcəyi qeyd olunub.

Lakin Star TV-yə ekran işinin bağlanması ilə yayılan xəbərləri təkzib edib.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın