Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Mənzil veriləcək jurnalistlərin adı bu tarixdə açıqlanacaq

Mənzil veriləcək jurnalistlərin adı bu tarixdə açıqlanacaq

Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını xatırladaraq, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdə 2 mindən çox sənəd qəbul olunduğunu deyib: “Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.

Siyahı hərtərəflidir, istər elektron media, televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb.

Bundan başqa, ailə başçılarını itirmiş jurnalist ailələri də müraciət edib. Onların da müraciətləri nəzərə alınıb. Tam şəffaf, ədalətli seçim edilib”.

V. Səfərli nəticədən razı olmayan jurnalistlərin şikayəti ilə bağlı məsələyə də münasibət bildirib.

“Hamı hesab edir ki, ev almağa layiqdir. Lakin ev sayı 255, müraciətlərin sayı isə 2 mindən çoxdur. Ona görə də məsələ tam şəffaf şəkildə araşdırılaraq, jurnalistlərin xidmətləri, stajları, bir sözlə, bütün şərtlər nəzərə alınaraq seçim edilib.

Bilirsiniz ki, kriteriyalarda 3 il fasiləsiz iş stajının olmasını qeyd eləmişdik. Lakin komissiyada baxdıq ki, bu məsələ narazılıq yaradır. Ona görə də biz bu şərti ancaq redaksiya və televiziyalarda işləyən jurnalistlərə şamil etdik ki, qalan jurnalistlər də fərdi qaydada müraciət edə bilsinlər”, – deyə V. Səfərli qeyd edib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın