Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Köşə Yazarları / “Mən təzyiq altında danışan bu adamları qınamıram…” – Qulu Məhərrəmli

“Mən təzyiq altında danışan bu adamları qınamıram…” – Qulu Məhərrəmli

Fevralın 14-də Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı teleradio tariximizin araşdırıcısı, media mütəxəssisi və teletənqidçi, professor Qulu Məhərrəmlinin verdiyi müsahibə AzTV rəhbərliyində süngü ilə qarşılanıb.

Əsas səbəb budur ki, müsahibədə televiziya tarixinin müxtəlif mərhələləri barədə söhbət açan, təhlillər aparan, müsbət və mənfi meyillərini göstərən Q.Məhərrəmli AzTV-nin bugünkü fəaliyyətində özünü göstərən bəzi arzuolunmaz tendensiyaları həmin qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.

Bu müsahibədən sonra AzTV rəhbərliyində təmsil olunan şəxslər bəzi saytlarda və sosial şəbəkələrdə professor Qulu Məhərrəmli əleyhinə kampaniyaya başlayıblar. Daha sonra AzTV sədrinin göstərişi və təzyiqi ilə həmin qurumun, eləcə də İTV-nin 28 əməkdaşının çıxışından ibarət 2 saat 44 dəqiqəlik “ifşa” videosu yayılıb. Həmin çıxışlarda A.Alışanov təriflənir, Q.Məhərrəmli isə “inkişafı gözü götürməyən” şəxs kimi qınanır, tənqid edilir və bəzi çıxışlarda təhqir olunur.

Biz də baş verənlərlə bağlı ətraflı məlumat almaq məqsədilə professorla əlaqə saxladıq.

Professor Q.Məhərrəmli baş verənləri “ironik vəziyyət” adlandırdı və hələlik şərh etmək istəmədiyini dedi:

“Mən tənqidi fikirlərimi demişəm, Alışanov da sovet təfəkkürü ilə total təhqir kampaniyasına başlayıb, tabeliyindəki adamların iqtisadi asılılığından istifadə edərək, onların danışığı hesabına guya həqiqəti sübut etmək istəyir. Bu, həbsxanada dustaqların türmə rəisini azadlıqdakı azad adama tərifləməsinə oxşayır”.

Siz bu “təhqirlərə görə məhkəməyə müraciət edəcəksinizmi” sualının cavabında isə Q.Məhərrəmli dedi ki, mənim 3 saatlıq şouya baxmaq imkanım olmayıb, sadəcə sürətlə firladıb bəzi adamların üz cizgilərinə baxmışam, amma hüquqşünas dostlar bu çıxışları diqqətlə təhlil edirlər. Bütövlükdə mən təzyiq altında danışan bu adamları qınamıram, onları anlayıram, sosial şəbəkələrdə bu şəxslərin təhqir olunmasının da əleyhinəyəm.(xeber365.com)

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın