Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / “Mən Arif Alışanovun hansı yuvanın quşu olduğunu gözəl bilirəm”

“Mən Arif Alışanovun hansı yuvanın quşu olduğunu gözəl bilirəm”

AzTv-dəki mənbədən aldığımız məlumata görə professor Qulu Məhərrəmlinin Moderator.az-da gedən müsahibəsindən sonra iki gündür ki, televiziya rəhbəri Arif Alışanov işçiləri toplayıb Q.Məhərrəmliyə hücum etməklə bağlı tapşırıqlar verir.

Tapşırıqlar da ondan ibarətdir ki, media qurumlarında, sosial şəbəkələrdə Q. Məhərrəmliyə qarşı kəskin ifadələr, tənqidlər dolu çıxışlar edilməli, statuslar yazılmalı, açıqlamalar verilməlidir. Mənbə bildirir ki, bu qarayaxma kampaniyasına əsasən yüksək maaş alanlar, vəzifəsi olanlar cəlb edilib. Eyni zamanda İctimai Televiziyadan da bir neçə şəxs bu kampaniyaya qoşulub və onlar sosial şəbəkələrdə Q.Məhərrəmlinin ünvanına xoşagəlməz fikirlər yağdırırlar.

Moderator.az məsələ ilə bağlı Q.Məhərrəmlinin mövqeyini öyrənib. Professor bildirib ki, müsahibədə səsləndirilən fikirlərə hər kəsin münasibət bildirmək haqqı var:

“Bunu normal hesab edirəm. Ancaq bu fikirlər insanların öz yanaşması deyil, onlara Arif Alışanov yersiz ideyalar verir. Mən Arif Alışanovun bu məsələlərdə hansı cəbhəxanaya malik olduğunu, hansı yuvanın quşu olduğunu gözəl bilirəm. Vaxtilə Elşad Quliyevə, Nizami Xudiyevə, Mövlud Süleymanlıya qarşı apardığı kampaniyaların şahidi olmuşam. Hansı metodlardan istifadə etdiyini də yaxşı bilirəm. Kim nə deyir qoy desin, hər kəsin rəy bildirmək, mövqe bildirmək hüququ var”.

Q. Məhərrəmli adamların bu kampaniyada iştirak etməsini də müsbət hal kimi qiymətləndirib:

“Hesab edirəm ki, bu cür yanaşmalar məsələni ictimailəşdirir. Dövlət büdcəsindən milyonlarla vəsait alan bir televiziyanın səviyyəsini, ona kimin rəhbərlik etdiyini bir daha ictimaiyyətin diqqətinə çatdırır”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın