Cümə , Sentyabr 20 2019
Ana səhifə / Köşə Yazarları / Məhəmmədəli Qəribli: “TALEH ŞAHSUVARLI JURNALİST YOX, QUL AXTARIR”

Məhəmmədəli Qəribli: “TALEH ŞAHSUVARLI JURNALİST YOX, QUL AXTARIR”

Milli Mətbuat Günü iki tanınmış jurnalist arasında böyük qalmaqala səbəb olan hadisə yaşanıb. Vəziyyət o həddə çatıb ki, tərəflərdən biri olan jurnalist Məhəmmədəli Qəribli həmkarı, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Taleh Şahsuvarlını öz Facebook səhifəsində ciddi tənqid edib. Qeyd edək ki, yazılan status böyük maraqla qarşılanıb və bir sıra tanınmış media nümayəndələri tərəfindən bəyənilib. Azinforum.az yazıda maraqlı detalların olduğunu nəzərə alaraq, jurnalistin fikirlərini olduğu kimi təqdim edir:

“Bunu etmək istəmirdim. Ən azı jurnalistlərin bayramı və mənim doğum günümə təsadüf etdiyindən onu bağışlamaq istədim, ancaq çox düşündükdən sonra qərara gəldim ki, beləsinin cavabını elə mətbuat günündə vermək lazımdır. Ona görə ki, ən azı 7 siyasi partiya dəyişdikdən sonra qərar tutduğu jurnalistikada özünü hegemon hiss etməsin. Onunla eyni holdinqdə bir çox xatirini istədiyim dostlarım çalışır. O cümlədən bu adamın müdiri Aynur xanıma normal münasibətim var. Bu amillər də mənə dur demək istədi, amma sonra onun barəsində eşitdiyim söhbətlər, torbasını tikərək holdinqdən uzaqlaşdırmağı bacardığı bəzi tanınmış jurnalistlərin ahı, nailəsi məni yazmağa vadar etdi.

Ya zəlzələdən, ya da vəlvələdən bu adam indi baş redaktor olub. Xəqani 33- dəki, Elmlər Akademiyası bağında oturacaqların üstündə keçirdiyi günləri də tamam unudub. Üstəlik də dövlətin ona pulsuz bağışladığı evi alandan sonra ayaqları yeri- göyü görmür. Baxmayaraq ki, ev almaq üçün lazım olan kriteriyalara heç çavab da vermirdi. İndi bu adam o qədər harınlayıb ki, ona verilən imkandan istifadə edərək insanların heysiyyatı ilə oynamaqdan həzz alır. Yəqin bildiniz ki, söhbət kimdən gedir? Çünki sadaladığım parametrə Azərbaycan jurnalistikasında, ancaq, əvvəl Zəfərli, indi isə Şahsuvarlı soyadını daşıyan Taleh uyğun gələ bilər.
Keçim mətləbə. Bir neçə gündür ki, bu adam açıq elan verir ki, beynəlxalq siyasətdən yazan jurnalıst axtarır. Elanı da belə yazır ki, işçi gözəl şərait və yüksək əmək haqqı şərtləri altında çalışacaq. Dünən də bir az uzağa gedərək Azərbaycan jurnalistikasının bərbad vəziyyətə düşməsindən giley edirdi. Əsas arqumenti də bu idi ki, uzun müddətdir deyilən parametrə uyğun gələn jurnalist tapa bilmir.

Düzü, maraq məni bürüdü. Dedim, jurnalistikada uzun müddət təcrübəsi olan, iki xarici dil bilən bir media mənsubu kimi maraqlanım görüm Talehin ağızdolusu təriflədiyi yüksək şərtlər özündə nəyi etiva edir? Şərtlər barədə sual verdim. Dedi ki, iş 9 da başlayır 19 da qurtarır. Oğlanlar üçün isə daha çox ola bilər. Əmək haqqı da 500 manatdır. Gün ərzində də ən azı 20 xəbər tərcümə olunmalıdır. Həftənin 6 günü də işdi. Bir də işçimiz heç yerlə əməkdaşlıq etməməlidir.

Düzü mən elə bildim ki, bu adam zarafat edir. Ona yazdım ki, mən ciddi maraqlanıram. Çox özündən razı tonda “bizim şərtimiz budur” dedi.İndi gəlin bu adamın yüksək əmək haqqının nədən ibarət olduğunu hesablayaq. Bir ayda 27 iş günü olsa Talehin axtardığı jurnalist ayda ən azı 540 məqalə tərcümə etməlidir. Talehin təklif etdiyi 500 manatı 540 məqaləyə böləndə 92 qəpik düşür. İndi baxın, bu adam utanmadan yüksək əmək haqqı deyərək şüvən saldıqda nəyi nəzərdə tutur? Ona dedim ki, ayıbdır, heç olmasa bu şərtləri açıqlama. Cünki sən jurnalist deyil, qul axtarırsan. Yenə başa düşmədi, yekə-yekə danışmaq istəyəndə layiq olduğu cavabını aldı. Təbii ki, zəif adam kimi onun bir çarəsi qalırdı , məni bloka atmaq. Bunu da etdi. Çünki əlindən bundan başqa bir iş gələ bilməzdi. Bu adama dedim ki, ay ağıllı, sən məgər bir məqaləni 90 qəpiyə yazırsan? Təbii ki, yox. Belə olsaydı ömrü boyu metroda şütüyən Taleh tez bir zamanda özünə CİP almazdı. Sağlığına qismət. Belədirsə, demək Taleh ” Jalə ” bulağının yaxşı yerindən əmir, başqalarını isə qul kimi işlədir. Təbii ki, bu üsulla yalan mühasibatlıq tərtib edərək , öz yiyələrini də aldadır.
Taleh, ağıllı ol. Ünvanını səhv salma. Yoxsa…

Həmçinin oxuyun

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu …

Bir cavab yazın