Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / “Lider TV”də nə baş verir? – Yeni gələn jurnalistlər kanalla yollarını ayırıblar

“Lider TV”də nə baş verir? – Yeni gələn jurnalistlər kanalla yollarını ayırıblar

Daha bir tanınmış şəxs Lider TV ilə yollarını ayırıb.

Məlumata görə, TV-nin bədii rəhbəri, rejissor, əməkdar incəsənət xadimi Etibar Babayev vəzifəsindən istefa verib.

Bildirilir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) keçmiş bədii rəhbəri E. Babayev Lider TV ilə əməkdaşlığa iyun ayının ortalarında başlayıb. Belə ki, o, sözügedən tarixdə TV-nin bədii rəhbəri vəzifəsinə təyin edilib.

E. Babayev “Lider”ə öz komandası ilə birlikdə gəlib. Bədii rəhbər və komandası TV-də yalnız 3 həftə çalışıb. Etibar Babayev getdikdən sonra isə, onunla birlikdə gələnlər də televiziyadan ayrılmaq qərarı veriblər.

Məsələ ilə bağlı Lider TV-dən açıqlama vermək istəməyiblər.

BakuPost.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın