Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Köşə Yazarları / Lalə Azərtaşdan Qarabağın alınması videosu ilə bağlı – AÇIQLAMA

Lalə Azərtaşdan Qarabağın alınması videosu ilə bağlı – AÇIQLAMA

“Xəbəri göz yaşları içində oxudum”.

26 həftə əvvəl status paylaşmışdım. Qarabağın geri alındığını elan etdiyim filmə çəkildim. Sadəcə, rol olmasına baxmayaraq, xəbəri göz yaşları içində oxudum.

Bu barədə Oxu.Az-a ATV telekanalının aparıcısı Lalə Azərtaş iştirakı ilə çəkilmiş filmdən epizodu şərh edərkən bildirib.

Qeyd edək ki, son günlər sosial şəbəkədə sürətlə yayılan və filmdən bir parça olan bu videoda xəbər aparıcısı Azərbaycanın sülh yolu ilə, müharibə etmədən işğal olunmuş torpaqlarını geri qaytardığını bəyan edir.

“Allah tez bir zamanda bu sevinci mənə, bütün Azərbaycana yaşatsın. İnşallah, bir gün qələbə xəbərini oxumaq mənə nəsib olar”, – deyə, aparıcı bildirib.

Həmçinin oxuyun

Sizin “ədalətinizə” tüpürüm!

Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə …

Bir cavab yazın