Ana səhifə / Köşə Yazarları / Kollec işçisi olan baş redaktor “reket” kimi tanına bilər – MŞ-nın qərarı 

Kollec işçisi olan baş redaktor “reket” kimi tanına bilər – MŞ-nın qərarı 

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər ilə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda müzakirə edilən ilk məsələ «HGC Group» MMC-nin «Dövrün nəbzi» informasiya portalına (dovrunnebzi.com) qarşı şikayəti olub. Müzakirələr gedişində qərara alınıb ki, sözügedən saytla əlaqədar məsələ ətraflı araşdırılmaq üçün Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının müzakirəsinə təqdim olunmalıdır. Eyni rəy «Nia.az» saytına qarşı da çıxarılıb. Sözügedən informasiya vasitəsi ilə bağlı şikayətin müəllifi Neftçala Elektrik Şəbəkəsi olub.
Neftçala Elektrik Şəbəkəsinin şikayət etdiyi növbəti sayt «Reallıq.info» olub. Bu saytın iclasda iştirak edən təmsilçisinin diqqətinə çatdırılıb ki, informasiya orqanının fəaliyyətindəki peşə prinsiplərinə zidd hallar tezliklə aradan qaldırılmalıdır. Əks halda məsələyə yenidən qayıdıla və Şuranın səlahiyyətləri çərçivəsində ən sərt ölçü tədbiri nəzərdən keçirilə bilər.
«Azərkontrakt» Səhmdar Cəmiyyətinin «Avtomobil nəqliyyəti» Təsərrüfatının «Təzadlar» qəzetinə qarşı şikayəti ilə bağlı çıxarılan rəy bundan ibarət olub ki, cavabdeh kütləvi informasiya vasitəsi təqdim etdiyi materialda dəqiqləşdirmə aparmalıdır. Qəzetin baş redaktoru Asif Mərzili bu tələbin yerinə yetiriləcəyini vurğulayıb. Bununla da məsələ qapanmış hesab edilib.
İmişli rayonundan bir qrup vətəndaşın «Həqiqət və reallıq» qəzetinə, həmçinin vətəndaş Əliyev Elnurun Kazımov Teymur Mərdan oğluna və Əliyeva Səidə Əkrəm qızına qarşı şikayətləri isə hər iki məsələnin artıq məhkəmə müstəvisində araşdırıldığı nəzərə alınaraq gündəlikdən çıxarılıb.

Siyahıda diqqət çəkən “KİV”-lərdən biri də “Dövrün nəbzi” saytıdır. Azinforum.az bildirir ki,  sözügedən saytın baş  redaktoru  İlham Hacalı adlı adam həm də,  Qazax Dövlət Sosial İqtisadi Kollecində çalışır. Onun “jurnalist” fəaliyyəti barədə Azinforum.az saytında kifayət qədər material dərc edilib. Bu baxımdan da, belə bir “KİV” in məsələsinin “Reket jurnalstika” kontekstindən qiymətləndirilməsi ilə bağlı qəbul edilən qərarı doğru saymaq olar.

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın