Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Köşə Yazarları / “KİV haqqında” qanuna dəyişiklik edildi…

“KİV haqqında” qanuna dəyişiklik edildi…

Dini mətbu nəşrlərin təsisi ilə əlaqədar olaraq “KİV haqqında” qanuna dəyişiklik edilib.

Azinforum.az xəbər verir ki, Mili Məclisin bu gün keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərək qəbul edilib.

Adı çəkilən qanun layihəsi haqqında məlumat verən millət vəkili Rəfael Hüseynov bildirib ki, qanun 14-cü maddəsinə edilən dəyişikliyə əsasən dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanın rəyinin nəzərə alınmasını nəzərdə tutur. “KİV haqqında çevik dəyişikliyin olması qanunauyğundur. Bu qanun layihəsinə edilən dəyişiklik dini mətbu nəşrlərlə bağlıdır. Bəzən dini nəşrlərdən sui-istuifadə halları olur. Mətbu nəşri təsis etmək istəyən hüquqi və fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməlidir. Edilən dəyişikliyə əsasən dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanın rəyi sənədlərə əlavə olunur”.

Həmçinin oxuyun

“Bayrağımızı fahişələrə, geylərə geydirib murdarlamaq yox, Dəlidağda ucaltmaq gərəkdir!..”

“Onlardan ötrü fərqi yoxdur;  müştəri yığmaq üçün sabah Rusiya, lap Ermənistan bayrağı da geyinərlər…” Sultan …

Bir cavab yazın