Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu həbsdə olan məşhur jurnalistlər – Can Dündar və Ərdəm Gülü ziyarət edib.
Axar.az xəbər verir ki, Kamal Kılıçdaroğlu Silivri həbsxanasına gələrək, “Cümhuriyyət” qəzetinin rəhbəri Can Dündara və jurnalist Ərdəm Gülə baş çəkib.
Görüşdə CHP il başqanı Murad Karayalçın, CHP İstanbul millət vəkili Gürsel Təkin də iştirak edib.