Ana səhifə / Köşə Yazarları / “Kanal 13″ün həbsdəki rəhbəri cəza almaya bilər

“Kanal 13″ün həbsdəki rəhbəri cəza almaya bilər

İyunun 9-da “Kanal 13″ün rəhbəri Əziz Orucov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verilən qərardan apelyasiya şikayətinə baxılacaq. Ə.Orucovun həbsinə media aləmindən reaksiyalar gəlməkdə davam edir. Belə fikirlər sırasında onun cəza almayacağı ilə bağlı mövqelər durmadan artmaqdadır. Bu isə ”Kanal 13″ rəhbərinin azadlığa buraxılacağına olan ümidləri artırır.

Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli onun həbs olunmayacağını düşünür: “Ümid edirəm ki, Əziz Orucovu həbs etməyəcəklər və o tez bir zamanda azadlığa çıxacaq”.

Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova da ümidlidir. O “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Əzizin cəza almayacağı ilə bağlı düşüncəm də, ümidim də var. O, bir jurnalist kimi peşə borcunu yerinə yetirib. Açığı, indi mənə deyilən xırda xoş söz belə ümid doğurur. Əziz barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib, istintaq bu müddətdən tez də yekunlaşa bilər, bunun əksi də ola bilər, bilmək olmaz. Amma istənilən halda ümidlər böyükdür. Onun azad olunması istiqamətində əlimizdən nə gəlirsə edəcəyik, aidiyyəti qurumlara müraciət etməyi də düşünürəm. Əzizlə bağlı hələ ki yeni bir xəbər yoxdur”.

Ə.Orucovun vəkili Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin heç bir günahının olmadığını söylədi: “Cinayət işi açılıbsa, istintaq yekunlaşdırılmalı, iş məhkəməyə göndərilməlidir. Hələ ki elə bir ümidimiz yoxdur”.

Qeyd edək ki, Ə.Orucov mayın 2-də həbs edilib. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunan və 30 sutkalıq inzibati həbs cəzası alan “Kanal 13″ rəhbəri iyunun 2-də buraxılmamış, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın