Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Kəlbəcər girovunun qardaşı telekanalları ittiham etdi

Kəlbəcər girovunun qardaşı telekanalları ittiham etdi

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyevdən iki aydır xəbər yoxdur.

Bu barədə AzVision.az-a girovun qardaşı İlham Quliyev bildirib. O, yerli telekanalların Kəlbəcər girovları haqda məlumat yaymadığından şikayətlənib.

“Artıq iki aydan çoxdur ki, Şahbazdan nə bir xəbər, nə də bir məktub alırıq. Elə bil, hamı onu yaddan çıxarıb. Televiziya kanallarında da Şahbaz haqqında xəbər vermirlər. Bizə laqeyd yanaşırlar. Şahbaz məktub yazmaqdan imtina edib. Beynəlxalq Qızıl Xaç Komitəsindən Şahbazın vəziyyəti barədə bizə məlumat verilmir. Çarəsiz qalmışıq. Qardaşıma görə çox narahatıq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın