Ana səhifə / Köşə Yazarları / Jurnalistlər birliyinin Azərbaycan bölməsi yaradıldı

Jurnalistlər birliyinin Azərbaycan bölməsi yaradıldı

Baş ofisi Parisdə yerləşən və dünyanın 110 ölkəsindən olan 3000 media təmsilçisini birləşdirən Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin (BFMB) Azərbaycan bölməsinin təsis yığıncağı keçirilib.

Qafqazinfo” xəbər verir ki, yığıncaqda Azərbaycanda yeganə fransızdilli qəzet olan “Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru, www.lecarrefour.az saytının rəhbəri Zeynab Kazımova iclasda işçtirakçıların yekdil səs çoxluğu ilə birliyin Azərbaycan bölməsinin rəhbəri seçilib. Həmçinin, daxili struktur müəyyənləşdirilib. Z. Kazımova gələcəkdə Birliyin Azərbaycan bölməsində olan jurnalistlər üçün fransız dili kurslarının təşkilinin planlaşdırıldığını deyib.

Qeyd edək ki, BFMB 1950-ci ildə təsis olunub və BMT, UNESCO kimi beynəlxalq təşkilatlar tərəfindən tanınan jurnalistlər birliyidir.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın