Şənbə , İyun 6 2020
Ana səhifə / Köşə Yazarları / Jurnalistin valideynlərini talamış oğrunu himayə edən icra başçısı …

Jurnalistin valideynlərini talamış oğrunu himayə edən icra başçısı …

Mandatını qoruya bilməmiş sabiq deputatın prokuror oğlu da ona qəhmər çıxmaq istədi…

Çox hörmətli cənab Prezidentin yeni Baş prokurorla söhbətdə dediklərinə qüvvət…
Yerli icra hakimiyyətləri miqyasında qanunsuzluq və özbaşınalıqlar barədə cənab Prezidentin sözləri xalqın ürəyindən xəbər verdi.
Bir icra başçısından, rayon prokurorunun müavinindən və valideynlərimin evindən 15 min manat dəyərində qızıl əşyalar və nağd pul oğurlamış oğrulardan ibarət “üçlüyün” aşkar cinayəti ört-basdır etmək cəhdlərinin qarşısını ala bildik. 17 ildir işlədiyim Bakı-Xəbər Media Qrupunun Baş redaktoru Aydın Quliyev həmin icra başçısına iki dəfə zəng edərək oğru ilə ortaqlıq etmiş qohumuna təsir göstərməyi, oğurlanmış qiymətli əşyaları geri qaytarmağı, ya da heç olmasa rayon polisinin bu işi obyektiv araşdırmasına mane olmamağı xahiş etmişdi. Ancaq işdə əksini gördük. Oğruların himayə olunmasına növbəti seçki dönəmi üçün mandatını saxlaya bilməmiş sabiq deputatın prokuror oğlunu da cəlb edərək polisin bu işi obyektiv araşdırmaq səylərinə hər cür maneə törətməyə çalışdılar, qanunsuz müdaxilə etdilər, hətta oğrunun mal ortağını polis təcridxanasından azadlığa buraxdırdılar. Rayon prokurorluğunda polisin işinə qanunsuz müdaxilə cəhdlərindən Baş Prokurorluğa şikayət etdik. Nəhayət, polisin obyektiv araşdırdığı bu işə prokuror nəzarətinin rayon prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğuna verilməsinə nail olduq…
Ədalətin təntənəsinə və cinayətkarların lazımi cəzalarını alacaqlarına inamımız böyükdür…
Sabiq deputatın prokuror oğlunun isə bu cinayəti himayə edənlərə niyə qoşulduğunun səbəblərini bilirik və bu haqda başqa bir vaxt yazacam…

Tahir TAĞIYEV

Həmçinin oxuyun

Məhəmmədlərin mirzəliyi və ya iyirmi min avro məsələsi…

Söyüş mediası milləti və dövləti hara aparır?!. Söyüş “mediasının” səsi əvvəlki qədər gur gəlmir. Daha …