Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Köşə Yazarları / Jurnalistdən “AİLƏ TV”yə ittihamlar: “Hansı məmura məxsus olduğunu bilmirəm, ancaq…”

Jurnalistdən “AİLƏ TV”yə ittihamlar: “Hansı məmura məxsus olduğunu bilmirəm, ancaq…”

“”Ailə TV” rəhbərliyini çaya dəvət edirəm. Gəlsinlər, 15 dəqiqə “Ailə tv”nin xidmətlərindən normal istifadə edə bilsələr, növbəti ayı 2 qat ödəyəcəm”.
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Orxan Məmmədli sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, şirkət çox səriştəsiz fəaliyyət göstərirlər:
“Servis sıfırdır. Hər dəfə yeni proşıvka yazılır deyə 2 gün tv olmur. Proşıvka yazılandan sonra da pultla normal idarə etmək olmur. Təklif paketinə uyğun olaraq əvvəlki saatda yayımlanan filmlərə baxmaq mümkün deyil.
Bəzi kanallara ümumiyyətlə, canlı baxmaq mümkün deyil. Gərək bir xeyli yığsın. Demək olar ki, hər ay Abşeron Gənclər Şəhərciyindəki “Ailə TV”nin ofisində mini aksiya keçirilir. Çoxu yaşlı nəsil olduğundan müxtəlif bəhanələrlə aldadılır. Ayrılıqda internetə 5, tv-yə 5 meqabit sürət söz versələr də, heç ikisi bir yerdə 5 eləmir”.
Jurnalist deyir ki, o, “Ailə TV”nin rəhbərliyini tanımır:
“Amma vətəndaşları aldatdığından məlum olur ki, hansısa məmura məxsusdur. Sayt və telekanallardakı ostlara əlavə məlumatlarla kömək edə bilərəm…”.

 

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın