Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalist Zabil Müqabiloğlunun qara ciyəri fəaliyyətini tam dayandırıb

Jurnalist Zabil Müqabiloğlunun qara ciyəri fəaliyyətini tam dayandırıb

“Qara ciyəri fəaliyyətini tam dayandırıb”

Dünən, səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdiririlən tanınmış jurnalist Zabil Müqabiloğlunun durumu kritikdir.

Jurnalistin yaxınlarının “Şərq” ə verdiyi məlumata görə, qara ciyəri fəaliyyətini tam dayandırıb:

“Həkimin dediyinə görə, faktiki olaraq qara ciyərsiz yaşayır, bu da bir orqanizmin qısa müddətdə yaşaya bilməsi deməkdir. Amma ümid var, tibbin imkanları tükənməyib. İlkin dəqiqləşdirmələr zamanı aydın olub ki, hazırda qara ciyərin bu vəziyyətində olan xəstələrin yaşadılması imkanı Neftçilər Xəstəxanasında mümkündür, orada müasir avadanlıqlar və qara ciyər xəstəlikləri və bərpası üzrə ixtisaslı kadrlar var. Ancaq həmin xəstəxana ödənişlidir, nə Zabilin, nə də yaxınlarının bu xərcləri qarşılamağa imkanı çatır. Ona görə də hələlik gözləyirik, Allahdan ümid kəsilməz”.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın