Ana səhifə / Köşə Yazarları / Jurnalist Zabil Müqabiloğlu sabah əməliyyat olunacaq

Jurnalist Zabil Müqabiloğlu sabah əməliyyat olunacaq

İki gün öncə ağır durumda xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Zabil Müqabiloğlunun vəziyyəti sabit ağır olaraq qalır.

Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib.

Bu gün bir qrup jurnalist (Nazim Sabiroğlu, Elşad Məmmədli, Nicat Dağlar, Ceyhun Musaoğlu, Azər Qaramanlı, Qadir İbrahimli, Aqil Ələsgər) bir ayara gələrək, Z.Müqabiloğluna baş çəkiblər. Bəlli olub ki, həkimlərin rəyi əsasında jurnalist noyabrın 10-da əməliyyat olunacaq. Belə ki, ötən müddət ərzində onun daxili qanxması müxtəlif üsullarla dayandırılsa da, həkimlər növbəti güclü qanaxmaların olmaması üçün ilkin olaraq damarların açıq əməliyyatla tikilməsi, bantlanmasına zərurət olduğunu bildiriblər.

İxtisaslı həkim komissiyasının rəyinə görə qanaxma təhlükəsi əməliyyatla tam aradan qaldırıldıqdan sonra Zabil Müqabiloğluna növbəti mərhələdə qara ciyər köçürülməlidir. Buna qədər isə onun orqanizmi qara ciyər transplantasiyasına hazır duruma gətirilməlidir, uyğun donor tapılmalıdır.

Zabil Müqabiloğlunun yaxınlarından bir neçəsi donorluq etməyə hazır olduqlarını bildiriblər. Lakin bu prosesin həyata keçirilməsi üçün tələb olunan maddi vəsaitin məbləği çox yüksəkdir və bu proses yalnız dövlətin dəstəyi ilə həyata keçirilə bilər.

Jurnalistlər bir araya gələrək, Zabilin müalicəsinə köməklik göstərilməsi üçün dövlət rəhbərliyinə müraciət ünvanlanmasını müzakirə ediblər. İlk olaraq bununla bağlı Mətbuat Şurasıın rəhbərliyi ilə də fikir mübadiləsi aparılması qənaətinə gəlinib.

Mətbuat Şurasinin komissiya sədri olan Qadir İbrahimli bildirib ki, Zabilin durumu narahatedicidir və onun müalicəsinə kömək göstərilməsi üçün MŞ rəhbərliyi müvafiq addımlar atacaq.

“Yeni Müsavat” qəzetinin rəhbərliyi də keçmiş əməkdaşı üçün narahatdır və əlindən gələn qədər ona dəstək verir. (Musavat.com)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın