Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Köşə Yazarları / Jurnalist Cavid Şirəliyev həbsxana xəstəxanasına yerləşdirilib

Jurnalist Cavid Şirəliyev həbsxana xəstəxanasına yerləşdirilib

Gəncə təcridxanasında saxlanılan www.7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyevin səhhəti pisləşib və o, Bakıya Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin müalicə müəssisəsinə gətirilib. Bu barədə Turan-a onun anası Zahirə Şirəliyeva bildirib.

Ananın fikrincə, C.Şirəliyev məmurların özbaşınalığını mətbuatda işıqlandırdığına görə həbs edilib.

Z.Şirəliyeva bildirib ki, son vaxtlar oğlu baş gicəllənməsindən, başında güclü ağrılardan şikayətlənib. O xatırladıb ki, avqustun 10-da Apellyasiya Məhkəməsinin iclasında oğlu etiraz olaraq öz ağzını tikib. Ana oğlunun səhhətilə bağlı narahatlığını bildirib.

www.7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilib. O, hədələmək yolu ilə rüşvət tələb etməkdə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilinib.

C.Şirəliyev 2014-cü il avqustun 30-da DİN əməkdaşları tərəfindən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Vəkil Zabil Qəhrəmanov Turan-a bildirib ki, birinci instansiya məhkəməsi C.Şirəliyevin günahını sübut edə bilməyib və bütün ifadələr məhkəmə ilə problemi olan Şəfiqə Xankişiyevanın bəyanatına əsaslanıb.

Ali Məhkəmədə qismən məhkəmə istintaqının aparılmasından etirazla bağlı kassasiya şikayətinə baxılana qədər Apellyasiya Məhkəməsində işə baxma qeyri-müəyyən müddətə təxirə salınıb

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın