Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalist Aynur Elgünəşi ölkədən buraxmadılar…

Jurnalist Aynur Elgünəşi ölkədən buraxmadılar…

Müstəqil jurnalist Aynur Elgünəş ölkədən buraxılmayıb.

Dekabrın 5-də səhər Ukraynaya yollanmaq istəyən jurnalistə hava limanında sərhəd xidməti əməkdaşları mane olublar.

«Mənə dedilər ki, ölkəni tərk edə bilməzsən. Soruşdum ki, adımın qabağında STOP, ölkəni tərk etməyimə rəsmi bir qadağa var? Dedilər ki, yox, nə STOP, nə də qadağa var, sadəcə, ölkədən gedə bilməzsən», – Aynur Elgünəş Azadlıq Radiosuna bildirib.

Jurnalistin dediyinə görə, o, bir neçə ay əvvəl «Mingəçevir işi»nə görə Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb, ancaq daha çox Meydan TV ilə bağlı suallarla üzləşib: “Vergiödəyicisiyəm və bundan sonra mənim 3 illik vergi fəaliyyətim yoxlanmağa başladı. Noyabrın 23-də yoxlama müddəti 1 ay da uzadıldı. Amma hələ də yoxlamanın nəticəsi barədə ortada bir şey yoxdur”.

Aynur Elgünəş deyir ki, son aylarda o, hər dəfə xaricə gedib-gələndə xüsusi yoxlamaya məruz qalır. 1 aydır ki, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Sərhəd Xidmətinə yazılı sorğu göndərib, ancaq hələ də cavab almayıb.

Jurnalist son hadisə ilə bağlı yenidən Dövlət Sərhəd Xidmətinə müraciət edəcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın