Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Köşə Yazarları / Jurnalist adından sui-istifadə edənlər sərt cəzalanacaqlar

Jurnalist adından sui-istifadə edənlər sərt cəzalanacaqlar

Azərbaycanda jurnalist adından sui-istifadə edilməsi halları ilə bağlı cəzalar ağırlaşdırılır.
Azinforum.az  xəbər verir ki, APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min  manatdan 3 min manata qədər cərimə olunacaq.
Maddənin qüvvədə olan variantına görə isə fiziki şəxslər 15 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın