Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Köşə Yazarları / JEM üç redaksiyaya bildiriş lövhəsi təqdim etdi – “Bizi düşmən izləyir” (Foto)

JEM üç redaksiyaya bildiriş lövhəsi təqdim etdi – “Bizi düşmən izləyir” (Foto)

Jurnalist Ekspert Mərkəzinin (JEM) Azərbaycan Respublikasının Prezidneti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş “Diqqət! Düşmən mətbuatıdır” layihəsi davam edir.

Ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almağı hədəfləyən bu layihəyə Müdafiə Nazirliyi də dəstək verir.
JEM-dən verilən məlumata görə, təşkilat təmsilçiləri aprelin 30-da üç qəzet redaksiyasında jurnalistlərlə görüş keçiriblər. “Şərq”, “Bakı-Xəbər” və “Ədalət” qəzetlərində keçirilmiş görüşlərdə layihənin mahiyyətinə uyğun söhbət aparılıb, mübahisə doğuran məqamlar ətrafında müzakirələr təşkil olunub.
Görüşün sonunda redaksiyalara hansı informasiyaların hərbi sirr təşkil etdiyini göstərən qeydlərin və bu tip məlumatların yayılmasını qadağan edən qanundan çıxarışların əks olunduğu xüsusi bildiriş lövhələri təqdim ediblər. Layihə çərçivəsində hazırlanmış bu lövhələr redaksiya təmsilçilərinin də iştirakı ilə müxbir otağının diavarından asılıb.

Qeyd edək ki, JEM belə lövhələri daha 9 redaksiyaya təqdim etməyi planlaşdırır.

Həmçinin oxuyun

“Bayrağımızı fahişələrə, geylərə geydirib murdarlamaq yox, Dəlidağda ucaltmaq gərəkdir!..”

“Onlardan ötrü fərqi yoxdur;  müştəri yığmaq üçün sabah Rusiya, lap Ermənistan bayrağı da geyinərlər…” Sultan …

Bir cavab yazın