Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / İşdən çıxarılan baş redaktora “Lider”də vəzifə verildi

İşdən çıxarılan baş redaktora “Lider”də vəzifə verildi

”Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədikli Lider televiziyasının Xəbərlər departamentinin baş redaktor müavini vəzifəsinə təyin edilib.

Azinforum.az bakipost.az-a istinadən xəbər verir ki, E.Gədikli bir işə bir neçə gündür, başlayıb.

Qeyd edək ki, E.Gədiklinin Space TV-dən çıxarılma göstərişini Təhsil naziri Mikayıl Cabbarovun verdiyi iddia edilirdi. Belə ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra M.Cabbarov “Space”in rəhbəri Vaqif Mustafayevə zəng edib, iradını bildirib. Daha sonra E.Gədikli işdən çıxarılıb. Onun yerinə Azadə Balayeva təyin olunub.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın