Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / İran ziyalıları prezidentə müraciət etdi

İran ziyalıları prezidentə müraciət etdi

İranda yaşayan bir qrup İran vətəndaşı Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

”Azərbaycan Respublıkasınin Prezidenti, hörmətlı İlham Heydər oğlu Əlıyev cənablarına. Möhtərəm cənab Prezident! Bir aya yaxındır ki, Azərbaycanda ANS TV- nin bağıanması bizi çox üzür. Bu kanal bizi Azərbaycanda baş verən hadisələrdən həmişə xəbərdar edirdi. Eləcə də İranda baş verən hadisələri Azərbaycanlı qardaş və bacılarımıza dürüst çatdırırdı. ANS -in fəalıiyyəti İranda etibar qazandığına görə burda Az.Tv-dən başqa yalnız ona rəsmi fəalıiyyət izni verilmişdi.

ANS yayımı dayanana qədər xalqlarımız və ölkələrimiz arasında məlumat və xəbər mübadiləsini məharətlə icra edirdi. Burada yaşayan azərbaycanlıların çoxsaylı auditoriyası indi demək olar ki, kütləvi bixəbərdi. Azərbaycanın dunyada tanınmış kanalının yayımının dayandırılması bizə, burda yaşayan azərbaycanlılara böyük zərbədir.

Xüsusilə bu zamanlar- İran və Azərbaycan dövlətləri, xalqları arasında münasibətlərin yeni səviyyəyə keçdiyi bir dövrdə ANS kimi peşəkar, artıq etibar qazanmış informasiya vasitəsinə əşhəddi-ehtiyac vardır. Həşəmətli İlham Heydər oğlu! Doğrudan bu kanalın yeri görünür və sanki burdakı soydashlarımız özünün karlı kəsərlı silahından məhrum olub. Allah köməyiniz olsun!”

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın