Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Köşə Yazarları / Iran Azərbaycan dilində telekanal açır

Iran Azərbaycan dilində telekanal açır

Bu il mayın 24-də İran İslam Respublikasında Azərbaycan dilində 24 saat ərzində yayımlanması nəzərdə tutulan yeni telekanal fəaliyyətə başlayacaq. Bu kanalda həm mədəni, həm də ictimai-siyasi proqramlar yayımlanacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının (İRTT) xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri deyib. M.Əxgərinin sözlərinə görə, İRTT dünyanın müxtəlif dillərində radio-televiziya kanallarının yayımı ilə məşğuldur: “İRTT tərəfindən yayımlanan 31 radio-televiziya kanalından 6-sı televiziya kanalıdır. Bu televiziya kanalları müxtəlif proqramları yayır: bəziləri xəbər, bəziləri isə kinofilmlərin nümayişini həyata keçirir. Yeni televiziya kanalının əsas məqsədi hər iki ölkənin müştərəkliyinə və əlaqələrinin daha da yaxınlaşdırılmasına xidmət etməkdir. Çox istərdik ki, bu kanal Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” üzərindən yayımlansın”.

M.Əxgəri yeni kanalın fəaliyyətə başlaması münasibətilə İranda açılış mərasiminin təşkil olunacağını qeyd edib.

Həmçinin oxuyun

“Bayrağımızı fahişələrə, geylərə geydirib murdarlamaq yox, Dəlidağda ucaltmaq gərəkdir!..”

“Onlardan ötrü fərqi yoxdur;  müştəri yığmaq üçün sabah Rusiya, lap Ermənistan bayrağı da geyinərlər…” Sultan …

Bir cavab yazın