Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Köşə Yazarları / İlham İsmayıl: “Bu qəzetlərin əsl istiqamət fəaliyyəti Ağabəy Əsgərova da bəlli olub, amma…”

İlham İsmayıl: “Bu qəzetlərin əsl istiqamət fəaliyyəti Ağabəy Əsgərova da bəlli olub, amma…”

“Azərbaycan” nəşriyatının baş direktoru Ağabəy Əsgərov mətbuata açıqlamasında üstüörtülü də olsa MTN – in keçmiş rəhbərliyi haqqqında ittihamlarla çıxış edərək onları reket jurnalistikasını himayə etməkdə suçlayıb.

Keçmiş MTN zabiti, ehtiyyatda olan polkovnik İlham İsmayıl Moderator.az əməkdaşının “Sizin vaxtınızda da qəzetlər hədəfinizdə idimi? Şəxsən Siz hansısa qəzet rəhbərini idarə edirdinimi” sualına aşağıdakı cavabı verib:

“Azərbaycan” nəşriyyatının direktorunun dediklərində həqiqət odur ki, ölkə mətbuatında bir xeyli “reket” qəzet fəaliyyət göstərib. Eyni zamanda belə məlum olur ki, bu qəzetlərin əsl istiqamət fəaliyyəti A. Əsgərova da bəlli olub, amma himayədarlarına görə nə Mətbuat Şurası, nə də özü bunların qarşısını ala bilməyiblər.

İkinci iradım odur ki, hörmətli direktor keçmiş zamanda danışaraq bildirir ki, “bu qəzetlərə indi adları bir çox məsələlərdə hallanan məmurlar himayədarlıq edirdilər”. Çox təəssüf ki, son günlər az qala ölkədə baş verən bütün günahlar məlum MTN işçilərinin adı ilə bağlanır. Dünən də, bu gün də MTN -ə aid olmayan bir çox yüksək vəzifəli məmurlar bəzi qəzetlərə, saytlara himayədarlıq edirlər, maliyyələşdiririlər və məmurlar həmən mətbuat vasitələriylə bir – birinə qarşı elə indi də istifadə edirlər. İçərisində “reket” xarakterli olanlar da var. Yeri gələndə özlərini reklam da etdirməyi unutmurlar. Zərəri bütövlükdə jurnalistikamız və oxucular görürlər.

Mən işlədiyim sovet dövründə və müstəqilliyimizin ilk illərində konkret qəzet hədəfdə olmurdu. Sovet dövründə məlum 5 – ci şöbə ictimai – siyasi proseslərə, o cümlədən mətbuata da nəzarət edirdi. Müstəqillik illərinin əvvəlində də “reket” qəzet, kiminsə onu himayə etməsi halları yox idi. Bütün bunlar son 16 – 17 ilin təzahürləridi və hələ də son verilməyib. Konkret mənim əməliyyat fəaliyyətim heç vaxt qəzetlərə qarşı olmayıb. Əksinə, ixtisasca jurnalist olduğumdan bir xeyli jurnalist dostlarım olub, indi də var. İşlədiyim müddətdə isə əlimdən gələn köməkliyi xidmət etdiyim rayonlardakı qəzetlərdən əsirgəməmişəm.
Azərbaycan jurnalistikası yaxşı günlərini yaşamır, amma onu lazım olan səviyyəyə qaldırmağa potensial var.”

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın