Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Köşə Yazarları / İcra başçılarından “paket”, operatora alınan 25 minlik maşın…”- Xoşqədəm haqda şok iddia

İcra başçılarından “paket”, operatora alınan 25 minlik maşın…”- Xoşqədəm haqda şok iddia

İki gün öncə Xoşqədəm Hidayətqızının ATV-dən həmkarı Zaur Baxşəliyevə görə ayrıldığı barədə yazmışdıq.
Azinforum.az xəbər verir ki, ölkə.Az teleaparıcının ANS-ə keçidiylə bağlı şok təfərrüatlar əldə edib. ATV rəhbərliyinə yaxın mənbədən aldığımız məlumata görə, Hidayətqızı özü də ANS-ə məcburən gedir:
“ANS rəhbərliyi ona bildirib ki, təyyarə biletlərinin, hotellərdə qalmağın pulunu, işçilərin ezamiyyə xərcini ödəməyəcək. ATV-də isə hər şey telekanalın büdcəsindən ödənirdi. Həmçinin Xoşqədəm Hidayətqızı verilişdə reklamı gedən şirkətlərdən faiz alırdı. Eyni zamanda bəzi icra başçıları ona zərflər göndərirdilər. Rəhbərlik isə bundan xəbərsiz idi”.
Mənbəmiz bildirir ki, bir müddət öncə rəhbərlik Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi ilə bağlı araşdırmalara başlayıb. Məhz bundan sonra sadalanan faktlar ortaya çıxıb:
“Təftiş olundu və çoxlu yeyinti üzə çıxdı. Dəfələrlə yaxın ətrafı Vüqar Qaradağlıya deyirdi ki, vəziyyət heç də göründüyyü kimi deyil. Xoşqədəm Hidayətqızını bacısı oğlu faciəli şəkildə dünyasını dəyişdi. Həmin vaxt da Qaradağlı Hidayətqızıdan maddi və mənəvi dəstəyini əsirgəmədi. Sonra Hidayətqızının toyunda iştirak elədi. Çünki çox inanırdı. Amma sən demə bu telekanal daxilində intriqa yaradır, ATV-nin və Zaur Baxşəliyevin əleyhinə yazılar yazdırırmış. Hətta son günlərdə belə bir məlumat əldə etdik ki, o, Vüqar Qaradağlının yerinə iddialıdır. Verilişinə dəvət etdiyi ekspertlərlə, qohumunu axtaran sayt rəhbərləriylə şərt kəsirmiş . Şərtə görə Qaradağlının və Zaur Baxşəliyevin əleyhinə yazılar yazılmalıymış”.
Mənbə qeyd edir ki, X.Hidayətqızı bu müddət ərzində verilişin operatorlarından birinə (hələlik adını yazmırıq-İ.V) 25 min manat dəyəri olan avtomobil alıb. Günlərin birində isə Vüqar Qaradağlı teleaparıcını kabinetinə dəvət edərək haqq-hesab sorur:
“Bir gün bütün bunların üstün açıldı. Rəhbərlik onu çağırıb haqq-hesab soranda əlində “Quran” yalvarmağa başladı və hər şeyi etiraf elədi. Bu xahişlərdən sonra rəhbərlikdən aprelə qədər vaxt aldı. Vüqar müəllim də dindar və kinsiz adamdır. Onu bağışladı. Məqsəd isə vaxt qazanıb ANS-lə danışıqlar aparmaq imiş. Həm də toyunu edir ki, birdən telekanaldan gələn olmaz”.
Yazıda səslənən ittihamlarla bağlı Xoşqədəm Hidayətqızının da mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın