Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Hansı teleaparıcı, hansı telekanalda efirə çıxacaq?

Hansı teleaparıcı, hansı telekanalda efirə çıxacaq?

Yeni mövsümlə əlaqədar televiziyalar yeniliklər ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Artıq yeni anonslar çəkilib, teleaparıcılar öz proqramlarının hazırlıq işini bitirib. Bəzi teleaparıcılar tamaşaçı görüşünə fərqli telekanaldan gəlsə də, digər qismi eyni məkanda, eyni layihə ilə mavi ekran qarşısındakıların qonağı olacaq. 
Bəs, teleaparıcılar hansı telakanalda, hansı layihəni təqdim edəcəklər?
Musavat.com yeni mövsümdə ekranlara gələcək proqramların siyahısını hazırlayıb.
Teleaparıcı Vüsalə Əlizadə yeni mövsümdə yenidən “Qadına görə” proqramı ilə tamaşaçı qarşısına çıxacaq:“Ötən mövsüm olduğu kimi fəaliyyətimi ATV-də davam etdirəcəyəm. Yeni layihə olmayacaq. “Qadına görə” proqramı ilə efirə qayıdacağam. Proqramda dəyişikliklər etmişik, hazırlıqlar davam edir. Tamaşaçıları maraqlı veriliş gözləyir”.
ANS-in keçmiş aparıcısı  Aytən Səfərova 106.3 FM-də “Bumeranq” verilişi ilə dinləyicilərin görüşünə gələcək. O, eyni zamanda “ATV xəbər”in aparıcılarından biri olacaq.
Teleaparıcı Murad Arif isə artıq həftədə bir gün tamaşaçı qarşısına çıxacaq: “Mənim gündəlik, “Lider”də efirə gedən “Solo”verilişim həftəlik olacaq. Proqramın formatında dəyişikliklər edilib. Verilişin qonağı  bir nəfər olmayacaq, iki ifaçı arasında musiqili yarış xarakterli proqram olacaq. Adını dəyişib “Solo+” qoyduq. Veriliş həftənin şənbə günləri yayımlanacaq. Tamaşaçılara çox maraqlı musiqili anlar yaşadacağıq. Gündəlik efirə vaxtım olmadığı üçün bunu etmək qərarına gəldim”.
ANS-in aparıcısı Murad Əzimzadə fəaliyyətini ATV-də davam etdirəcək. O, maqazin tipli proqramla tamaşaçı qarşısına çıxacaq.
Teleaparıcı Vüsalə Kərimova ötən mövsüm olduğu kimi ATV-də tamaşaçıları salamlayacaq: “Veriliş hazırlıqları davam edir. Anonsumuzu da çəkmişik. “Yüz ölç, bir biç” yeniliklərlə geri dönür”.
Teleaparıcı Şəhriyar Əbilov ATV-də tamaşaçıların görüşünə gələcək. O, “Abilove Show” adlı gecə şousuna aparıcılıq edəcək.
ANS-in “Şəbəkə” verilişinin aparıcı Rahil Sayadoğlu “Region TV”-də ekranlara çıxacaq.
Firuzə Cəlilova “Xəzər” telekanalında fəaliyyətini davam etdirəcək. O, Sima Çələbi ilə “Oyan Azərbaycan” proqramını təqdim edəcək.
Teleaparıcı Cavid Gül isə bu mövsüm aparıcılıq etməyəcək. O, “Kişi sözü” serialında Nurlana Cəfərova ilə birlikdə rol alacaq.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın