Ana səhifə / Köşə Yazarları / Hakim baş redaktor barəsində cinayət işi açdırıb

Hakim baş redaktor barəsində cinayət işi açdırıb

NUH.az saytının baş redaktoru Kamran Məhərrəmliyə cinayət işi açılıb.

Lent.az-a bu barədə jurnalistin özü məlumat verib. K. Məhərrəmli bildirib ki, ona CM-nin 289.2-ci (Məhkəməyə hörmətsizlik etmə, eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə) maddəsi ilə iş açılıb.
Baş redaktorun sözlərinə görə, cinayət işi Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun iddiası əsasında açılıb.

Hazırda baş redaktorla bağlı məsələyə Yasamal rayon məhkəməsində baxılır.

Qeyd edək ki, jurnalistə qarşı iddia təmin ediləcəyi halda onu üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın