Bazar , Yanvar 24 2021
Ana səhifə / Köşə Yazarları / Həkim Gülşən Məmmədova Simsar.az saytına hədə – qorxu gəlir

Həkim Gülşən Məmmədova Simsar.az saytına hədə – qorxu gəlir

Xətaidə yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında tibb işçisinin rüşvət alması ilə bağlı yayılan videogörüntünün qalmaqalı davam edir. Xəbərin linkini öz Facebook səhifəsində paylaşan həkim mama-ginekoloq Gülşən Məmmədova Simsar.az saytının facebook səhifəsinin məktublar qutusuna hədə dolu sms-lər göndərir. Saytımızı məhkəmə ilə hədələyən həkim xanım, əməkdaşımıza bohtan ataraq “Məni şantaj edirsiniz” -deyib. “Zaur Kənbərovu tanıyırsız? Yəqin ki tanıyırsız, qohumuyam onun.”

Qeyd edək ki, Gülşən xanımın Facebookdakı paylaşımına həmkarları təhqir dolu şərhlər yazıblar. Belə ki, şərhlərin içərisində görüntüsü verilən tibb işçisi qınaq obyektinə tuş gəlmək əvəzinə,videonu paylaşan jurnalistin ünvanına təhqiramiz sözlər yazılıb. Sevda Mustafazadə adlı həkim jurnalistə “zırrama” yazaraq, öz aləmində həkim həmkarlığını nümayiş etdirməyə çalışıb. Sizcə, Sevda xanım, birlik göstərmək jurnalistə “zırrama” demək anlamına gəlir? Şərh yazanlardan digəri həkim-hepatoloq Sakit Hümbətov jurnalistləri “hesab yığan”, “şantajçı” adlandırırb.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın