Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Köşə Yazarları / “Həftə içi” qəzetin bütün əməkdaşları ixtisar olundu – MEDİA

“Həftə içi” qəzetin bütün əməkdaşları ixtisar olundu – MEDİA

Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Həftə içi” qəzetinin 10-a yaxın əməkdaşı maliyyə problemlərinə görə işdən çıxarılıb.

Qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaqla, bütün müxbirləri kollektivdən uzaqlaşdırılıb.

Hazırda “Həftə içi” qəzeti 1 redaktor, hafta.az saytı isə 1 adminlə fəaliyyətini davam etdirir. Media orqanının tamamilə bağlanacağı barədə məlumatlar da yayılıb.

Qəzetin əməkdaşları – Vüsal Tağıbəyli, Qələndər Muxtarlı, Təbriz Vəfalı, Sevinc Osmanlı, hafta.az saytının redaktoru Səbinə Əvəzqızı, müxbirlər – Tural Turan və Xəyal Əzizov işdən çıxarılıb.

Onların əksəriyyəti hələ də işsizdirlər.

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova zənglərə cavab vermədiyi üçün məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın