Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Gülən tərəfdarlarının Azərbaycandakı yeni media orqanı – FOTO

Gülən tərəfdarlarının Azərbaycandakı yeni media orqanı – FOTO

Türkiyədə baş vermiş uğursuz 15 iyul hərbi çevriliş cəhdində təqsirləndiriən və “FETÖ” adlandırılan şəbəkənin rəhbəri, həmçinin hərbi çevriliş cəhdini təşkil etməkdə günahlandırılan Fətullah Gülənin azərbaycanlı tərəfdarları yeni media orqanı təsis ediblər.

Təsisçilərdən biri olan Anar Qaraxançallı qeyd edib ki, onlar “Azermedia MMC”ni təsis ediblər və “Yeni Avaz” qəzetini satın alıblar. Bu gün qəzetin yeni komanda ilə ilk sayı işıq üzü görüb.

Qəzetin sosial mediada yayımlanmış üz qabığının fotosu

Oxucuların diqqətinə çatdıraq ki, Anar Qaraxançallı Fətullah Gülənin və şəbəkəsinin ən böyük media quruluşlarından biri olan “Zaman” qəzetinin yerli filialı olan “Zaman-Azərbaycan”ın həmtəsisçilərindən biridir. Qardaş ölkədəki məlum hadisələrdən sonra, 20 iyul tarixində A.Qaraxançallı təsisçilər adından bəyanat yayaraq, qəzetin və “zaman.az” saytının fəaliyyətini dayandırıldığını bildirmişdi. Bəyanatda deyilirdi:

“Zaman-Azərbaycan” qəzeti təsisçilərinin bəyanatı:

Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlağına təsir edə biləcəyini nəzərə alaraq biz – “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik.

Təsisçilər:
Anar Qaraxançallı
Ürfan Məmmədli
Pənah Abdurahmanlı

Maraqlısı odur ki, yeni təsis edilən qəzetin yazarları əksəriyyətlə elə “Zaman-Azərbaycan”-ın kollektividir. “Yeni Avaz” saytının elektron versiyasında qeyd olunmuş yazarlar siyahısında da bunu görmək olur. Görünür ki, şəbəkənin yerli üzvləri hələ mübarizəni davam etdirmək əzmindədirlər və əslində ad dəyişməklə daha da rahat fəaliyyət göstərəcəklər. Güman ki, liseylərin taleyi hər kəsin yadındadır. Şəbəkənin yerli liseyləri ad dəyişməklə “həyat”larına davam edə bildilər, hətta həmin ərəfədə şəbəkənin üzvü olan bəzi təhsil işçiləri başqa özəl təhsil ocaqlarına da “sızmağı” bacarmışdılar. Son aylar “Qafqaz Universiteti” ilə bağlı eyni proses getməkdədir. Rəhbərlikdə dəyişiklik olsa da, şəbəkənin yerli müəllimləri öz yerlərindədir və iş başındadırlar. (xitab.az)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın