Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Gəncə Dövlət Universitetində nələr baş verir – VİDEO

Gəncə Dövlət Universitetində nələr baş verir – VİDEO

Gəncə Dövlət Universitetində ailə podratçılığı hökm sürür. Rektor Yusif Yusybovun bu hallara göz yummağının arxa fonunda deyəsən başqa maraqlar durur. Bu yaxınlarda Universitetdə Kafedra müdirliyinə yenə də ailə üzvülərinin seçkisi oldu. Elmi katib Teymur İsmayılovun həyat yoldaşı qeyri ixtisas sahibi olsada kafedr müdiri seçildi. Təkcə Tarix-Coğrafiynı deyil, digər fakultələridə öz müstəmləkəsinə çevirmiş Teymur İsmayılov bu günlərdə qocaman elmlər namizədi Heydər Kərimovu da öz təsiri altına salmağa çalışmışdır. Universitetdən rsdaksiyamızı məlumatlandıran mənbə bildirir ki, Teymur İsmayılov öz kadrı olan Magistratura Şöbəsinin Müdiri Emin Yaqubovun şikayətinə əsasən Universitetin Fəxri doktoru, Gəncə Şəhər İcra Başcısı Elmar Vəliyevin sevimli müəllimi Heydər Kərimovu təhqir edərək pedaqoq adına yaraşmayan hərəkətlər etmışdır. “Sizin hamınızı məhv edərəm” deyərək qocaman alimi təhqir edən Teymur İsmayılov görəsən kimə güvənir? Bu yaxınlarda həyat yoldaşını kafedra müdiri seçdirən Teymur İsmayılov GDU da ailə podratçılığı siyasətini daha da möhkəmlədib. Belə ki, ailə podratçılığına misal kimi Misir Fərhadov və qızı Qumru Fərhadovanı Teymur İsmayılov və həyat yoldaşını, Dekan İsfəndiyar Alverdiyevin Baş Labarant işləyən anasını və digərlərini göstərmək olar. Vetenperverler.az ın apardığı araşdırmada çox ilginc bir hal ortaya çıxdı.

Gəncə Dövlət Universitetində nələr baş verir

Teymur İsmayılovun kurasiyasında olan həmfikirlərinin ikisi barəsində araşdırmalarımızda məlum oldu ki, Emin Yaqubov da Qumru Fərhadova kimi bakalavr təhsilini Gürcüstanda alıb.

Metallurgiya ixtisası üzrə təhsil almış birinin pedoqoji Universitetdə təhsil verməsi doğrusu çox maraqlıdır. Hələ elmi ad almasını demirik. Magistr təhsili almadan Fəlsəfə elmləri Doktoru olması mümkün olan bir Universitetdə hər şey olar.

Gəncə Dövlət Universitetində nələr baş verir

Bizim yazımızın əsas mövzusundan deyəsən çox uzaqlaşdıq. Teymur İsmayılovun nümayişkaranə “sizi məhv edərəm” deməsi doğrusu heç bir əndazəyə sığmır. Məsələnin tam təfərrüatlarını aydınlaşdırmaq üçün Vetenperverler.az araşdırmalarını davam etdirir. Heydər Kərimovla əlaqə saxlayıb münaqişənin təfərrüatlarını öyrənməyə çalışacağıq. (dia.az)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın