Ana səhifə / Köşə Yazarları / “Gələn ilin Dövlət Büdcəsində xəbər portallarına vəsait ayrılması gözlənilir” – Vüqar Səfərli

“Gələn ilin Dövlət Büdcəsində xəbər portallarına vəsait ayrılması gözlənilir” – Vüqar Səfərli

“Azərbaycanın 2017-ci il üçün Dövlət Büdcəsində aparıcı xəbər portallarına da vəsait ayrılması gözlənilir”.

Bunu Ölkə.Az-a açıqlamasında Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.
V.Səfərli deyib ki, bu məsələ ilə bağlı müvafiq təkliflər irəli sürülüb:

“Biz bu məsələni dəfələrlə qaldırmışıq. İndi gözləyirik ki, bununla bağlı büdcədən vəsait ayrılsın. Əgər Azərbaycanın gələn il üçün Dövlət Büdcəsindən bu sahəyə də vəsait ayrılarsa, inşallah gələn il üçün mümkün olacaq. Biz bu vəsaitin ayrılmasına ümid edirik. Biz bu məsələni cənab Prezidentlə görüş zamanı da demişdik. Sadəcə olaraq dünyada baş verən maliyyə böhranına görə bu məsələ bir qədər yubandı”.
V.Səfərli jurnalistlər üçün inşa edilən yaşayış binasının istifadəyə verilməsi ilə bağlı məsələyə də toxunub:

“Bir müddət öncə demişdik ki, binanın bu ilin sonunadək istifadəyə verilməsi gözlənilir. Əgər işləri yekunlaşdıra bilsək, bu ilin sonunadək istifadəyə veriləcək. Yekunlaşdıra bilməsək, gələn ilə qalacaq”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın