Ana səhifə / Köşə Yazarları / Fikrət Fərəməzoğlunun həyat yoldaşı Fuad Ələskərovun qəbulunda olub

Fikrət Fərəməzoğlunun həyat yoldaşı Fuad Ələskərovun qəbulunda olub

“Bu gün Prezident Administrasiyasının hüquq -mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərov və onun tabeyçiliyində olan şəxslər tərəfindən qəbul edildim”.

Azinforum.az xəbər verir ki, bunu Jam.az-ın həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun xanımı bildirib.

Faiqə İbişbəyli qeyd edib ki, bütün olanları olduğu kimi nəzərlərinə çatdırıb: “Jam.az saytında qərəzə səbəb olan nalayiq obyektlər barədə gedən materialların surətin təqdim etdim. Onlar qeyd etdilər ki Fikrət Fəraməzoğlu barəsində olan cinayət işi nəzarətimizdədir, yaxın günlərdə hər şey öz həllini tapacaq.

Ümidvaram cənab Fuad Ələsgərov qanunun aliliyini rəhbər tutacaq və jurnalist Fəraməzoğlunun azadlığına qovuşmasına yardımçı olub, ölkədə yürüdülmüş siyasəti dəstəkləyərək irəli sürülmüş saxta və qondarma cinayət işin və bu işi quraşdıran vəzifəli şəxslər barəsində lazımı tədbirlər görüləcək. Məni dinlədikləri üçün minnətdarlığımi bildirirəm”

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın