Ana səhifə / Köşə Yazarları / Fikrət Fərəməzoğlunun ailəsinin İran səfirliyindən sığınacaq alması təkzib olundu

Fikrət Fərəməzoğlunun ailəsinin İran səfirliyindən sığınacaq alması təkzib olundu

Həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsinin İran səfirliyinə sığınması barədə xəbər vermişdik. Bu barədə jurnalistin həyat yoldaşı Faiqə Nosrati öz facebook səhifəsində məlumat yaymışdı.

F.Nosrati hətta qəzetimizə açıqlamasında yaşadığı mənzilin səfirlik əməkdaşları tərəfindən mühafizə olunduğunu və yaşayış ünvanına kamera quraşdırıldığını bildirmişdi. Bununla bağlı apardığımız araşdırmaların sonunda jurnalistin həyat yoldaşının yaydığı xəbərin doğru olmadığı üzə çıxdı.

Məlum oldu ki, İran vətəndaşı olan F.Nosrati sığınacaq üçün ümumiyyətlə, səfirliyə müraciət etməyib. İlk xəbəri yaydığımız zaman səfirliklə əlaqə saxlaya bilməsək də, bu dəfə bunu etmək mümkün oldu.

İran səfirliyindən F.Nosratinin yaydığı xəbərin dezinformasiya olduğunu bildirərək, Fərəməzoğlu ailəsi tərəfindən sığınacaqla bağlı səfirliyə müraciətin daxil olmadığını qeyd etdilər.

Musavat.com

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın