Cümə , Sentyabr 25 2020
Ana səhifə / Köşə Yazarları / “Facebook”da status, video oğurlamaq cinayətdirmi? – VİDEO

“Facebook”da status, video oğurlamaq cinayətdirmi? – VİDEO

Artıq sosial şəbəkələr çoxlarının həyatının ayrılmaz hissəsinə çevrilib. Hətta elə insanlar var ki, bütün gün bu şəbəkələrdə aktiv olur, müxtəlif düşüncələrini paylaşırlar. Bəs əgər başqası sizin fikirlərinizi olduğu kimi səhifəsində yazaraq öz fikri kimi qələmə verərsə, necə? Bu halda nəsə etmək mümkündürmü? ARB TV-nin “Günə doğru” proqramında mövzu ilə bağlı maraqlı sujet yayımlanıb.

Belə ki, virtual dünyada müəlliflik hüquqlarının pozulması təkcə yazılan fikirlərin oğurlanması ilə bitmir. Bir çox videobloqerlər də eyni problemdən əziyyət çəkirlər.

Elçin Allahverdiyev (videobloger): “Hamı Avropadan, Amerikadan, Türkiyədən maraqlı “vine”ları götürüb tərcümə edərək özləri yayımlayırlar. Mənim videolarım isə digərləri tərəfindən götürülür”.

Hüquqşünas Hüseyn İsmayılov sosial şəbəkələrdə paylaşılan hər fikrin qorunmasının mümkün olmadığını deyir.

Sosial şəbəkələrdə müəlliflik hüquqlarını qanunlarla qorumaq çətin olsa da, bununla mübarizə üsulları da mövcuddur.

Ümumilikdə, mütəxəssislər düşünür ki, bu məsələ hüquqi yox, etik problemdir. Burada əsas məsələ ictimai qınağın olmasıdır. Əgər ictimai qınaq formalaşsa, bir müddətdən sonra başqalarının fikirlərini istinad göstərərək paylaşanlar çoxalacaq.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın