Ana səhifə / Köşə Yazarları / “Facebook”-dan xəbər saytlarına – ZƏRBƏ

“Facebook”-dan xəbər saytlarına – ZƏRBƏ

Facebook istifadəçilərin ana səhifəsində clickbait başlıqları (yəni yalnız trafik əldə etmək üçün nəzərdə tutulmuş aldadıcı xəbər başlıqları) daha az göstərəcək.

“İstifadəçilər bizə bildirirdilər ki, daha çox orijinal məlumatları əldə etmək istəyirlər. Buna görə də biz bunların hansı məlumatlar olduğuna və istifadəçilərin həmin məlumatlara necə reaksiya verdiklərini anlamaq üçün uzun müddət çalışırdıq. Biz həmçinin insanların hansı məlumatları aldadıcı və ya reklam xarakterli olmalarını təyin etmələrini anlamaq üçün də çalışırdıq ki, həmin məlumatlar ana səhifədə nadir hallarda görünsünlər” – deyə Facebook-un yaydığı məlumatda qeyd olunub.

İlk öncə Facebook “O divan üzərindəki yastıqların altında nəyin olduğuna baxanda … Mən şokda idim” və “İt kuryerin üzərinə hürdü və onun reaksiyası qiymətsiz idi” kimi başlıqlar ilə mübarizə aparacaq.

Bu məqsədlə Facebook spam-filtrə bənzəyən alqoritm hazırlayıb və clickbait başlıqlardakı sözləri müəyyən edir. Bu cür başlıqları sosial şəbəkə iki yerə ayırıb: Başlıqda söhbətin nədən getdiyini göstərməyən və oxucunu yanlış fikrə yönəldə biləcək şişirdilmiş xəbərlər.

Facebook gələcəkdə ana səhifədə clickbait-ləri müəyyən etmək üçün minlərlə bu cür başlığı incələyib. Yeni alqoritm bu cür başlıqları yerləşdirən internet resurslarını da yadda saxlayır. Beləliklə bu cür saytlardan olan xəbərlərin sayı ana səhifədə azalacaq (Technote.az)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın