Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Köşə Yazarları / Fətullahçılar Azərbaycan üzərindən “Habertürk”ün aparıcısına hücum edib – FOTO

Fətullahçılar Azərbaycan üzərindən “Habertürk”ün aparıcısına hücum edib – FOTO

Türkiyənin “Habertürk” telekanalının aparıcısı, jurnalist Nevzat Çiçek nəqşibəndilər təriqətindən olan qalmaqallı şeyx Cübbəli Ahmet Hoca ilə canlı yayımda FETÖ mövzusunu müzakirə edərkən Twitter hesabı hakerlər tərəfindən ələ keçirilib. 

Jurnalistin hesabı Mr.Durgut adlı haker tərəfindən ələ keçirilib. Haker Nevzat Çiçekin keçmişi barədə ifşaedici məlumatları onun bloqunda yerləşdirməklə təhdid edib. Daha sonra Cübbəli Ahmetin “FETÖ-nün iç üzünü anlatdığı” dəqiqələrdə aparıcıya Azərbaycanda açılmış Twitter hesablarından təhqirlər yağdırılıb.

Aparıcı hesabının haker hücumuna məruz qalmasını efirdən bildirib, hücum edənlərə mesaj verib ki, əllərindən gələni edə bilərlər, geri çəkilməyəcək. Daha sonra Ay Yıldız Tim adlı haker qrupu aparıcının hesabına nəzarəti bərpa edib və ona qaytarıb.

Virtualaz.org

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın