Cümə axşamı , May 23 2019
Ana səhifə / Köşə Yazarları / Elgizin taleyi bəlli oldu

Elgizin taleyi bəlli oldu

Azərbaycanın məşhur teleaparıcısı Elgiz Əkbərin hansı verilişdə efirə çıxacağı açıqlandı.

ANS PRESS-in məlumatına görə, “Adam içində” layihəsi bağlandıqdan sonra Xoşqədəm Baxşəliyevanın “Sən tək deyilsən” verilişində 1 gün efirə çıxan Elgizin efir taleyi artıq bəllidir.

O, gələn həftənin ilk günündən efirdə olacaq. E.Əkbər “Günə baxan” layihəsinin aparıcısı qismində tamaşaçılar qarşısında olacaq. Sevilən aparıcı həftə içi 5 gün, 2 saat yarım efirdə olacaq.

Hazırki aparıcı Kamran Həsənlinin gedişi ilə “Günə Baxan” layihəsində bəzi dəyişikliklər də gözlənilir. “Ola bilsin ki, “Mətbəx” rubrikasını təqdim edən Telli Hüseynova da layihədən uzaqlaşdırılsın. Amma bu məlumat hələ dəqiq deyil”.

Qeyd edək ki, ANS TV-nin “Günə baxan” layihəsi həftə içi hər gün saat 10.00-dan 13.00-dək birbaşa yayımlanır.

Həmçinin oxuyun

Ateizmin təhsilə verdiyi fayda haqqında Finlandiya əfsanəsi

Bakıda Finlandiya deyəndə “yeyib-içən oğlanlar”ın ağlına birinci “Finlandiya” arağı gəlir. “Çox gəzən çox bilər” atalar sözünə …

Bir cavab yazın