Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / “Elektron KİV-lər çap mediasından daha mühüm rol oynayır” – Deputatdan saytlara DƏSTƏK

“Elektron KİV-lər çap mediasından daha mühüm rol oynayır” – Deputatdan saytlara DƏSTƏK

Bir müddət öncə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Kütləvi İnformasiya haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürüb. O bildirib ki, elektron KİV-lər də “Kütləvi İnformasiya haqqında” qanuna əlavə olunsun.

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Tahir Kərimli elektron KİV-in “Kütləvi İnformasiya haqqında” qanuna əlavə olunmasını məntiqli və vaxtında verilmiş təklif kimi qiymətləndirir.

“Bu həm də qanunvericilik baxımından zəruridir. İlk olaraq onu deyim ki, elektron KİV-lər cəmiyyətimizdə çap KİV-lərdən daha mühüm rol oynayır. Bu gizlin deyil. Bir çox ölkələrdə, xüsusən də Azərbaycanda elektron KİV-lərin zəruriliyi göz qabağındadır. Cinayət, İnzibati və Mülki məcəllələrdə elə normalar var ki, bunlar KİV-lərə tətbiq olunur. Amma elektron media “Kütləvi İnformasiya haqqında” qanunda keçmədiyinə görə, həmin normalardan kənarda qalır. Hansısa 1000 tirajlı qəzetdə kimsə təhqir olunursa, məsuliyyətə cəlb olunma məsələsi ortaya gəlir. Ancaq 10000 insanın izləyəcəyi arialda kimsə təhqir olunanda isə bununla bağlı hər hansı bir tədbir görmək olmur. Ona görə də elektron KİV-lərin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın