Cümə , Oktyabr 30 2020
Ana səhifə / Köşə Yazarları / Dövlət Komitəsinə aparat rəhbəri təyin edildi

Dövlət Komitəsinə aparat rəhbəri təyin edildi

“Jurnalistlər üçün tikilən ikinci binada hazırda təmir işləri davam edir”

Bu barədə AzVision.az-a Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

“Jurnalistlər üçün tikilən binada işlər dayandırılmayıb, davam edir. Hələ ki, heç bir yenilik yoxdur. Yenilik olan kimi mətbuata açıqlama veriləcək”,-deyə V.Səfərli vurğulayıb.

Binanın bu il təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, yeni tikilən bina 17 mərtəbədən, 3 blokdan, 255 mənzildən ibarət olacaq.

Xatırladaq ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

2013-cü il iyulun 22-də jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli bina istifadəyə verilib. Ümumilikdə 156 jurnalist mənzillə təmin olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikiləcək ikinci binanın təməli isə 22 iyul 2013-cü ildə qoyulub.

Həmçinin oxuyun

Sizin “ədalətinizə” tüpürüm!

Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə …

Bir cavab yazın