Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Köşə Yazarları / Dindarlar: “ANS üzr istəməsə, qan töküləcək” – Video 

Dindarlar: “ANS üzr istəməsə, qan töküləcək” – Video 

ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovanın hicablı qadınları təhqir etməsi dindarların böyük etirazına səbəb olub.

 

Axar.az xəbər verir ki, bu gün telekanala gedən bir qrup dindar aparıcının efir vasitəsilə üzr istəməsini tələb edib. Dindarların fikrincə, aparıcının işlətdiyi ifadələr bütün inanclı qadınlara təhqirdir.

 

Xatırladaq ki, aparıcı efirdə bu fikirləri səsləndirib:

 

“İmam Hüseyn müsibəti adı altında profillər açırlar e, özlərinə… Sonra biz o profillərə girəndə o qədər orada lüt qız-oğlan şəkilləri görürük, biədəb… Birincisi, imama hörmət etmək lazımdır. Onun adına Feysbukda profil yox, səhifə açmaq lazımdır.

 

Mən profilləri demişəm! Adları yazırlar, amma içərsinə girəndə, – bəlkə İmam Hüseynlə bağlı gözəl sözlər eşidərəm, yadda yaxlayaram, – amma görürəm ki, orada elə biədəb şəkillər var, heç o nikə yaraşmır. Ona görə də Həzrət Əlini, İmam Hüseyni sevənlər, dinimizə hörmət qoyanlar qəşəng səhifələr açsınlar, gənclərimiz, yaşlılarımız da girib oxusunlar. Ümumiyyətlə, başını bağlayana, bağlamayana hörmətlə yanaşıram”.

 

 

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın