Ana səhifə / Köşə Yazarları / Dalaşan xalq artistləri polis bölməsində barışdılar

Dalaşan xalq artistləri polis bölməsində barışdılar

Akademik Milli Dram Teatrının aktyorları – xalq artistləri Ramiz Məlik və Ramiz Novruz barışıblar.

Bu barədə “Report”a xalq artisti Ramiz Novruz məlumat verib. Onun sözlərinə görə, barışıq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində baş tutub: “Bu gün səhər Polis Bölməsində Ramiz Məlikdən üzr istədim. Barışdıq və Ramiz Məlik şikayət ərizəsini geri götürdü. Hazırda teatra gedirik. Bir azdan teatrda kollektivin qarşısında yenidən Ramiz Məlikdən üzr istəyəcəm. O, məndən 12 yaş böyükdür. Ağsaqqaldır. Mən ona əl qaldırmışam. Əlim üzünə dəyib. Bilmədən olub. Əsəbi olmuşam”.

Ramiz Məlik də sayta açıqlamasında Ramiz Novruzun dediklərini təsdiqləyib: “Mən böyüklük etdim. Onu bağışladım. Dəfələrlə üzr istədi. Polis bölməsində olduq və ərizəmi geri götürdüm. İndi teatra gedirəm. Saat 15:00-da kollektiv qarşısında məndən yenidən üzr istəyəcək. Barışdıq və söhbətin bitməsini istəyirəm”.

Xatırladaq ki, avqustun 23-də iki xalq artisti arasında münaqişə baş vermişdi. Hadisədən sonra xalq artisti Ramiz Məlik öz həmkarından polisə şikayət etmişdi.

*   *    * 13:48

Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının aktyorları-xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında baş verən davaya münasibət bildirib.

Qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov “Report”a açıqlamasında deyib ki, son vaxtlar Akademik Milli Dram Teatrında yaranan bütün qalmaqallar və o cümlədən xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında baş verən qalmaqal nazirliyin diqqətindədir: “Sentyabrın əvvəlində teatr mövsümünün açılışı olacaq. Mövsümün açılışı ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi həm sonuncu, həm də bundan öncəki baş vermiş qalmaqallara yenidən baxacaq. Hadisələr araşdırılacaq, baş verənlər təhlil olunacaq”.

Xatırladaq ki, avqustun 23-də Akademik Milli Dram Teatrının ilk iş günündə xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında dava olub. R.Məlik həmkarından polisə şikayət edib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın