Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Köşə Yazarları / Daha bir sayta xəbərdarlıq

Daha bir sayta xəbərdarlıq

Baş Prokurorluq daha bir sayta xəbərdarlıq edib.
Azinforum.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Politico.az” internet portalında yayılmış məlumatda ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər cür qəsdlərdən qorunub saxlanılması sahəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla və ictimai rəyi çaşdırmaqla, durmadan güclənən, ən müasir standartalara cavab verən hərbi texnika ilə təmin edilmiş, yüksək hərbi təhsili, mənəvi hazırlığı və döyüş qabiliyyəti olan peşəkar zabit və əsgərlərə malik Azərbaycan ordusu barədə yalan və qərəzli informaiyalar ictimailəşdirilib.

Qeyd edilənlərlə əlaqədar portalın baş redaktoru Əsəd Əliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən kütləvi informasiya vasitələrindən sui-istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə qanunvericiliyin tələblərinə zidd yalan və qərəzli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın