Ana səhifə / Köşə Yazarları / “Çox is­tər­dik ki, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı bu işi Mət­bu­at Şu­ra­sı­nın üzə­ri­nə bu­rax­ma­sın”

“Çox is­tər­dik ki, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı bu işi Mət­bu­at Şu­ra­sı­nın üzə­ri­nə bu­rax­ma­sın”

Azər Həs­rət: “Bi­zim mü­za­ki­rə­mi­zə çı­xa­rı­lan mə­sə­lə­lə­rin tər­ki­bin­də kri­mi­nal mo­tiv da­şı­yan hal­lar az ol­mur”

Mil­li Məc­li­sin de­pu­ta­tı, Mət­bu­at Şu­ra­sı­nın səd­ri Əf­la­tun Ama­şov “re­ket” yö­nüm­lü mət­bu­at va­si­tə­lə­ri­nə qar­şı mü­ba­ri­zə­də ye­ni me­tod­la­rın tət­biq edi­lə­cə­yi­ni de­yib.
O bil­di­rib ki, “re­ket” yö­nüm­lü mət­bu­at va­si­tə­lə­ri­nin ol­ma­sı bu gün də Mət­bu­at Şu­ra­sı­nı na­ra­hat edir: “Biz gö­rü­rük ki, bun­lar yal­nız Mət­bu­at Şu­ra­sı­nın sə­la­hiy­yə­tin­də olan mə­sə­lə­lər de­yil. Çün­ki bu­ra­da nə­sə tə­ləb olu­nur­sa, iki tə­rəf iş­ti­rak edir. Me­dia və qar­şı tə­rəf. Biz bu mə­sə­lə­lə­rə tam ay­dın­lıq gə­tir­mək üçün be­lə qə­ra­ra gəl­dik ki, Mət­bu­at Şu­ra­sı­nın “Re­ket jur­na­lis­ti­ka”ya qar­şı mü­ba­ri­zə ko­mis­si­ya­sı­nın fəa­liy­yə­ti­ni da­ha da ge­niş­lən­di­rək.
Bu­nun­la bağ­lı “Re­ket jur­na­lis­ti­ka”ya qar­şı mü­ba­ri­zə ko­mis­si­ya­sı­nın üzv­lə­ri­nin ar­tı­rıl­ma­sı nə­zər­də tu­tu­lur. Bu ko­mis­si­ya­ya me­dia sa­hə­sin­də nü­fu­zu olan KİV rəh­bər­lə­ri­ni, jur­na­list­lə­ri də­vət edə­cə­yik. On­la­rın he­sa­bı­na si­ya­hı­nı ge­niş­lən­di­rə­cə­yik. Ey­ni za­man­da, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nı da bu­ra­ya də­vət et­mi­şik. Ar­tıq da­nı­şıq­lar apa­rı­lır. Bir sı­ra hü­quq-mü­ha­fi­zə or­qan­la­rın­dan bu­ra­da iş­ti­rak edən­lər var. Bu hü­quq-mü­ha­fi­zə or­qan­la­rı – Da­xi­li İş­lər Na­zir­li­yi, Baş Pro­ku­ror­luq, Əd­liy­yə Na­zir­li­yi və Döv­lət Təh­lü­kə­siz­li­yi Xid­mə­ti­dir. Bu or­qan­lar­dan biz ko­mis­si­ya­nın üzv­lə­ri ki­mi nü­ma­yən­də­lər də­vət et­mi­şik. Biz bu­nun­la da­ha ge­niş an­lam­da mə­sə­lə­lə­rin həl­li­nə ça­lı­şa­ca­ğıq”.
Mət­bu­at Şu­ra­sı səd­ri­nin söz­lə­ri­nə gö­rə, “re­ket”çi­li­yə qar­şı mü­ba­ri­zə tək­cə jur­na­lis­ti­ka ilə bağ­lı mə­sə­lə de­yil:
“Bu­nun qar­şı tə­rə­fi var. Bu mə­sə­lə­də jur­na­list-mə­mur mü­na­si­bət­lə­ri diq­qət­də sax­lan­ma­lı­dır. Əgər be­lə ol­ma­sa, Mət­bu­at Şu­ra­sı­nın ke­çi­rə­cə­yi təd­bir­lər də is­tə­di­yi­miz qə­dər öz nə­ti­cə­si­ni ver­mə­yə­cək. Biz hü­quq-mü­ha­fi­zə or­qan­la­rı ilə bir­gə fəa­liy­yə­ti­mi­zi da­ha ge­niş çər­çi­və­də qu­ra bil­sək, şi­ka­yət­lər əsa­sın­da yal­nız bir tə­rə­fi de­yil, şi­ka­yət­lə­rin ya­ran­ma sə­bəb­lə­ri­ni, ora­da iş­ti­rak edən tə­rəf­lə­rin fəa­liy­yə­ti­ni mü­za­ki­rə et­sək, yə­qin ki, ki­fa­yət qə­dər nə­ti­cə­lər əl­də edə bi­lə­rik”.
“Re­ket” yö­nüm­lü mət­bu­at­la mü­ba­ri­zə­də MŞ-nin güc na­zir­lik­lə­ri­nin də kö­mə­yin­dən is­ti­fa­də edə­cə­yi­ni ne­cə də­yər­lən­dir­mək olar?
Mət­bu­at Şu­ra­sı İda­rə He­yə­ti­nin üz­vü Azər Həs­rət qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, biz çox is­tər­dik Mət­bu­at Şu­ra­sı­nın adı bu cür mə­sə­lə­lər­də hal­lan­ma­sın: “Bi­lir­si­niz ki, MŞ-nin baş­lı­ca və­zi­fə­si pe­şə­kar me­dia ilə ic­ti­ma­iy­yət, döv­lət qu­rum­la­rı ara­sın­da­kı mü­na­si­bət­lə­ri tən­zim­lə­mək­dən iba­rət­dir. An­caq tə­əs­süf­lər ol­sun ki, bu gün öl­kə­də­ki boş­luq­dan is­ti­fa­də edib jur­na­list adı­na id­dia edən­lər də az de­yil. On­la­rın fəa­liy­yə­ti­ni araş­dı­ran­da mə­lum olur ki, bu adam­la­rın jur­na­lis­ti­ka ilə heç bir əla­qə­si yox­dur. Sa­də­cə, qə­zet və ya sayt tə­sis edib mə­mur­la­rı in­cit­mək­lə məş­ğul­dur­lar. Biz də ba­şa dü­şü­rük ki, Mət­bu­at Şu­ra­sı­nın mü­va­fiq ko­mis­si­ya­nın tər­ki­bi­nə güc qu­rum­la­rı­nı də­vət et­mə­si bir­mə­na­lı qar­şı­lan­mır. An­caq in­di­ki və­ziy­yət­də bu­na məc­bu­ruq. Çün­ki bi­zim mü­za­ki­rə­mi­zə çı­xa­rı­lan mə­sə­lə­lə­rin tər­ki­bin­də kri­mi­nal mo­tiv da­şı­yan hal­lar az ol­mur. Çox is­tər­dik ki, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı bu işi Mət­bu­at Şu­ra­sı­nın üzə­ri­nə bu­rax­ma­sın. Biz də­fə­lər­lə bu ba­rə­də mü­ra­ci­ət­lər et­mi­şik, an­caq si­zin də bil­di­yi­niz elə hal­lar olub ki, hə­min “re­ket”lə­rə gü­cü­müz çat­ma­yıb. Yə­qin ki, bu, bir müd­dət son­ra öz yo­lu­na dü­şə­cək və be­lə hal­lar­la bir­ba­şa hü­quq-mü­ha­fi­zə or­qan­la­rı məş­ğul ola­caq”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın