Bazar , Oktyabr 2 2022
Ana səhifə / Köşə Yazarları / Çörəyin qiymətini qaldıranlar çörək yemir, kürü yeyir – HƏQİQƏTƏN DƏ…

Çörəyin qiymətini qaldıranlar çörək yemir, kürü yeyir – HƏQİQƏTƏN DƏ…

Azərbaycanlıların kök olması onların rifah içində yaşamasıyla bağlı deyil. Əsas səbəb düzgün qidalanmamaqdır. Loru dildə desək, kim nə tapırsa, onu da yeyir…

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ölkədə unun və un məmulatlarının qiymətinin artması həmişə böyük ajiotaja səbəb olub. Çünki çörək bizlərin qida rasionunda əsas yeri tutur. Ət-yağ ala bilməyəndə, quru çörəyi suya batırıb yeyirik…

Ötən ay, daha dəqiq desək Qurban bayramında quzu ətinin 1 kiloqramı 13-14 manat idi. Aradan 2 ay keçməyib, amma qiymət 2 manat artıb. Lakin bu, insanları dəhşətli dərəcədə narahat etmir. Minlərlə insan var ki, onlar ancaq toyda və yasda ət yeyir. Ancaq hamı hər gün çörək yeyir. Bahalaşmadan sonra çox adam qorxur ki, yavan çörəyi də alıb yeyə bilməsin.

Dünən “Bazarstore” marketlər şəbəkəsinin “Gənclik”dəki filialına getmişdim. Vitrində ən azı 20 çeşid vermişel və makaron vardı. Əməkdaşlar bir ucdan əl arabaları ilə daşıyıb gətirirdilər. Çünki tələbat böyükdür. Ayda 290 manat təqaüd alan adam 15 manat verib 1 kiloqram quzu əti almaqdansa, 15 manat verib 15 paket makaron almağı tərcih edir.

Digər Şərq xalqları kimi azərbaycanlılar da çox çörək yeyir. Çörək bizimçün normal qida məhsulu olmaqdan çox qarın doyurmaq üçün vasitədir. Bədbəxtlikdən yüz illərdi belədir. Bəlkə də dünyada azərbaycanlılardan çox çörəyi vəsf edən, onun şəninə şeir, hekayə yazan ikinci xalq yoxdur.

Dünən aparıcı KİV-lərdən biri məndən çörəyin bahalaşmaslyla bağlı rəy öyrəndi. Mövqeyim konkret oldu. Dedim ki, çörəyin qiymətinin artması onu bahalaşdıran adamların, o cümlədən normal yaşayımız üçün cavabdeh olan şəxslərin, yəni məmurların vecinə də deyil. Çünki onlar çörək yemir, kürü yeyir.

Hər dəfə çörək bahalaşanda bu hadisəni yazıram, görünür, bu gedişlə hələ çox yazmalı olacağam: Bizim qonşu kənddə əzazil bir bəy olub. Xəsislikdə ad çıxarmış bu adam kəndlinin canını boğazına yığıbmış. Nəhayət, bir gün insanların səbir kasası daşır. Yaba-balta ilə silahlanmış adamlar bəyin evinin qabağına yığışırlar. Kütlənin qəzəbindən qorxan bəy qaçıb tövlədə gizlənir. Səs-küyə bəyin qızı çıxır. O, nökəri yanına çağırıb, camaatın nə istədiyini soruşur. Bəyin əlindən qəzəbli olan nökər var gücü ilə “yemək, yemək” deyə bağırmağa başlayır.

Gənc qız tövrünü pozmur. Çox laqeyd tərzdə belə deyir: “Yemək yoxdursa, quru çörək yesinlər”.

Artıq hirsi soyumuş nökər yazıq bir görkəm alıb, belə cavab verir: “Onlar elə çörək davası edirlər də…”

Çörəyi bahalaşdırın adamlara bir təklifim var: növbəti dəfə öz yeyib-içdiklərinizin – kürünün, xərçəngin, viskinin, fransız şərabının qiymətini artırın. Bəlkə bir dəfə də siz əziyyət çəkəsiniz…

Seymur VERDİZADƏ
 //yenisabah.az//

Həmçinin oxuyun

Gücünüzü yetim-yesirə deyil, harınlamış məmur balalarına göstərin…

Göyçə şəhidi Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov üç gün iki nazirliyin arasında əsir-yesir olduqdan sonra …