Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / CİNAYƏT TƏRKİBLİ JURNALİST QALMAQALI – KİM HAQLIDIR?

CİNAYƏT TƏRKİBLİ JURNALİST QALMAQALI – KİM HAQLIDIR?

Gülnarə Kərimova adlı bir xanımın jurnalsit   son iki gündə Feysbuqda paylaşdığı statuslarda bizim də adımız işarələndiyi səbəbindən həmin yazıları oxumalı olduq. Azinforum.az olaraq bildiririk ki, həmin statusunda Gülnarə Kərimova xeberal.az adlı  saytının baş redaktoru Mirismayılı Xələfli  barəsində sərt fikirlər yazıb. Xanım jurnalist qeyd edir ki, baş redaktorun ona 150 manat borcu var:

“… Demək noyabr ayının 7-dən Xeberal.az saytında işləməyə çalışdım.. Həmin saytın rəhbəri Mirismayil Xeleflidir. Onunla iş birliyimiz iki ay davam etdi, çünki əvvəl-əvvəl işləyəndə özünü o qədər doğru-dürüst tanıtmağa çalışırdı ki, fikirləşirdim belə insanla sona qədər işləmək olar. Tanıdıqdan sonra isə  onunla işbirliyimi dayandırmağa qərar verdim.” İşimi dayandırdıqdan sonra ona əlnən verdiyim 150 manat pulu və yazdığım özəl yazıların, yəni öz haqqımın yarıda yarısını tələb etdim… Bu adamla iki ay işlədim öz cibimdən pul xərclədim, rayonlara gedəndə yol pulu və yemək puluma qədər özüm xərcləyirdim… Şərtimizdə onunla belə olmuşdu ki, saytdan nə gəlir əldə etsək yarı böləcəyik, demək, mənim yazdığım özəl materiallardan rayon icra başçıları bunun dolyasını göndərirdi və ya bizi çağırırdılar… Hər dəfə olduğu kimi biz rayonlara gedəndə bu, pulu alıb mənə yalandan “balamın canı, Allaha and olsun pul vermədilər, dedilər, gedin özümüz göndərəcəyik”- deyirdi… Hər dəfə belə vədlərdən bezdim deyə işimi dayandırdım. Yanvar ayından işimi dayandırdıqdan sonra bu adamdan mən 150 manat borcumu, işlədiyim və yazdığım yazıların haqqını ala bilmirəm…” 

 

gul1

 

Azinforum.az olaraq qeyd edirik ki, Gülnarə xanımın statuslarında çox sərt və hüquqi məsuliyyət yarada biləcək məqamlar var. Xüsusilə də söhbət şantaj, dələduzluq, hədə-qorxu ilə pul tələb etmədən gedirsə bu məsələyə mütləq hüquqi qiymət verilməlidir.  Həmin yazılarda ittiham edən xanım jurnalistdir. Onun dedikləri təsdiqini taparsa, onda Mirismayıl Xələflini ağır cəza gözləyə bilər. Yox,  deyilənlər sübuta yetirilməsə, onda Mirismayıl Xələfli öz şəxsiyyətinin müdafiəsinə qalxmalıdır. Belə olacağı təqdirdə tərəflər uzun müddət münasibətlərini hüquq müstəvisində araşdırmalı olacaqlar.

Azinforum.az-ın əməkdaşı sözügedən saytın baş redaktoru ilə əlaqə saxlayıb. Mirismayıl Xələfli saytımıza açıqlamasında bildirdi ki, Gülnarə Kərimova adlı jurnalist onun rəhbərlik etdiyi saytda həqiqətən çalışıb:

“Məsələ heç də onun təqdim etdiyi kimi deyil.  Biz işçiləri adətən sınaq müddəti təyin etməklə işə götürürük. Bu xanımı da elə götürmüşdük. Gülnarə xanım həmin sınaqdan yaxşı keçə bilmədi.  Mənə bəlli oldu ki, o, müxtəlif insanlarla hədə qorxu gələrək danışır. Xüsusilə də özünü işləmədiyi axar.az saytının əməkdaşı kimi təqdim edir.  Məni təhqir etdiyi profilinə baxın və ondan soruşun: “Axar.az-da işləməyə-işləməyə niyə  işlədiyi yer kimi oranı yazıb?” Qısa müddətdə mənə məlum oldu ki, onu bundan əvvəl işlədiyi bütün yerlərdən azad ediblər.  Bir dəfə də mənim xəbərim və icazəm olmadan Qobustanın icra başçısını şantaj etmişdi. Bütün bunlardan sonra, mən onu necə işdə saxlaya bilərdim? İşdən azad ediləndən sonra,  başladı məndən qanunsuz pul tələb etməyə. Onun yazdığı fikirlərdə olduqca ciddi mətləblərə toxunulub və o, buna görə mütləq cavab verməlidir. Məni ağır cinayətlərdə ittiham edib. Yəqin ki, savadsızlığından irəli gəlib,  yazdığı şərdə özünü də “cinayətlərin” iştirakçısı kimi qələmə verib. Bundan əlavə, onun yaxın adamlarının adından bəzi kriminal ünsürlər mənə zəng vurub hədə -qorxu gəlirlər. Dəqiqliyi ilə bilirəm ki, həmin adamlar Gülnarənin yaxın qohumları və doğmalarıdı. Onların adını istintaqda açıqlayacam. Gülnarə Kərimova yazdığı statusda mənim şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ciddi şəkildə ləkələyib ki, bununla da bağlı mütləq hüquq-mühafizə orqanları və məhkəməyə müraciət edəcəm. O, bir ailə başçısı kimi mənim  reputasiyama da ciddi zərbə vurub. Böyük hörmət bəslədiyim bir xanım jurnalist Raziyyə İmranqızı barəsində də olmazın təhqirlərini yazıb.  Təbii ki, bütün bu özbaşınalığa hüquqi qiymət verilməlidir”.

a

Azinforum.az Gülnarə xanım tərəfindən Mirismayıl Xələflinin həyat yoldaşı kimi təqdim edilən jurnalist Raziyyə İmranqızı ilə əlaqə saxlayıb. O, açıqlamasında bildirdi ki, həmin xanım heç bir əsas olmadan onun adını bu qalmaqalda hallandırıb:

“Ola bilər ki, Gülnarə nə yazdığının məsuliyyətini dərk etmir. Amma bildirmək istəyirəm ki, həmin yazısı ilə həm Mirismayıl Xələfliyə, həm də mənə  böyük mənəvi ziyan vurub. Mən xeberal.az saytının redaktoru kimi həmin xanıma zəng edib dedim ki, tələb etdiyi  məbləğdəki pulu ona verə bilərəm, ancaq o, dedi ki, mütləq Mirismayılın özü gələməlidir. Bu tələbdən heç nə anlaya bilmədim. Yaxın günlərdə etdiyi əmələ görə cavab verəcək. Artıq məhkəməyə müraciət qərarına gəlmişəm. Çünki başqa ayaq yeri qoymayıb”.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın